Argentinada 5,8 bal gücündə zəlzələ baş verib

Argentinada 5,8 bal gücündə zəlzələ baş verib

Argentinanın qərbindəki San Juan əyalətində 5.8 bal gücündə zəlzələ qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib. Episentr San Juan şəhərindən 65 km şimal-qərbdə, təxminən 447 min insanın yaşadığı yerdə qeydə alınıb. Zəlzələ ocağı yerin 86 km dərinliyində olub. Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.