ABŞ-də keçirilən aralıq seçkilərin ilkin nəticələri Demokratların qələbə çalması iıə bağlı Konqresdə dəyişiklik olacağı təqdirdə siyasi tıxacın yaranma ehtimalını təsdiqləyir. Belə ki, noyabrın 4-də ABŞ dollarının əsas valyutalara qarşı ucuzlaşması və Asiya fond bazarlarında geriləmə baş verir.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, noyabrın 4-ü gecə saatlarında ABŞ dolları Yapon yeninə qarşı 0,53 faiz azalaraq bir dollar üçün 157,86 yenə, avroya qarşı isə 0,40 faiz azalaraq bir dollar üçün 1,1238 avroya düşüb.
Asiya fond bazarlarında da oxşar tendensiya müşahidə olunur: Tokioda “Nikkei” indeksi 3,17 faiz azalaraq 61.079 bəndə düşüb. Seulda “Kospi” indeksi 1,59 faiz azalıb. Taybeydə 0,28 faiz, Sidneydə 0,51 faiz, Honkonqda isə 0,36 faiz azalma qeydə alınıb.
“Pepperstone” broker şirkətinin analitiki Kris Ueston qeyd edib: “Digər tərəfdən, Demokratların böyük qələbəsi bazarları Donald Trampın siyasət gündəliyinin qalan hissəsinin həyata keçirilməsi perspektivlərini yenidən nəzərdən keçirməyə məcbur edə bilər. Demokratların Konqres üzərində nəzarəti qanunvericilikdəki tıxac, büdcə məsələlərində fikir ayrılıqları, borc limitinin artırılması ilə bağlı mübahisələr və Konqres araşdırmaları riskini artıracaq”.