İran parlamentinin spikeri: ABŞ-də seçicilər müharibəni rədd ediblər və Tehran bu mesajı dəstəkləyir

İran parlamentinin spikeri: ABŞ-də seçicilər müharibəni rədd ediblər və Tehran bu mesajı dəstəkləyir

İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf ABŞ-də keçirilən aralıq seçkilərin ilkin nəticələri fonunda amerikalıların müharibəni rədd etdiyini bildirib və əlavə edib ki, Tehran bu mesajı dəstəkləyir.

AZƏRTAC xəbər verir ki, Qalibaf “X” sosial media platformasında yazıb: “İstər vicdanın səsi, istərsə də yaşayış xərclərinin artması ilə amerikalılar müharibəyə yox dedilər və biz bu mesajı dəstəkləyirik”.

Spiker xəbərdarlıq edib ki, əgər ABŞ hökuməti Amerika xalqının bu mövqeyinə və iradəsinə xəyanət edərsə, “kabus”la qarşılaşacaq.

Bu arada, Qətər ABŞ-nin dəniz blokadası və Hörmüz boğazındakı təhlükəsizliklə bağlı gərginlik fonunda Vaşinqton ilə Tehran arasında vasitəçilik etməyə davam edir.

İran bildirib ki, vasitəçilər vasitəsilə ABŞ ilə mesaj mübadiləsi aparır və boğazın yenidən açılması Vaşinqtonun blokadaya son qoymasından asılıdır.