Avropada bir neçə sərnişin təyyarəsində bomba təhlükəsi barədə məlumatların daxil olması hava limanlarında təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə səbəb olub.
AZƏRTAC Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, Kopenhagen, Madrid və Londondan Sofiyaya uçan üç sərnişin təyyarəsində bomba olması ilə bağlı məlumat daxil olub.
Bundan başqa, Varşavadan Brüsselə uçan “LOT Polish Airlines” aviaşirkətinə məxsus təyyarə də şübhəli məlumat səbəbindən yoxlanılması üçün Belçikanın paytaxtındakı hava limanına yönləndirilib. Təyyarə Brüssel hava limanına təhlükəsiz eniş edib.
Məlumatlara görə, təhlükə barədə daxil olan xəbərlərlə bağlı müvafiq tədbirlər görülüb. Hadisələrin təfərrüatları barədə əlavə məlumat verilməyib.