Çexiya hökuməti ölkə ordusunun inkişafı konsepsiyasının yenilənmiş variantını təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, sənəd ötən bazar ertəsi qəbul edilib və Müdafiə Nazirliyi tərəfindən dərc olunub. Yeni redaksiyaya əsasən, peşəkar hərbçilərin sayı 38 min nəfərə qədər artırılmalıdır. Əvvəlki variantda isə minimum 32 min hərbçi nəzərdə tutulurdu.
Modernləşdirmənin əsas prioritetləri isə dəyişməz qalır. Sənəddə hər il ən azı 3 min peşəkar hərbçinin və 1000 fəal ehtiyat əsgərinin xidmətə qəbul edilməsi tələbi də saxlanılıb.
Qeyd olunur ki, konsepsiyanın əvvəlki versiyası ordunun say tərkibinin artırılmasını 2030-cu ilədək başa çatdırmağı hədəfləyirdi. Dəyişiklik kadr siyasətində daha çox çeviklik yaradır.