Qazaxıstanda korrupsiyada şübhəli bilinən yüksəkvəzifəli iki məmur saxlanılıb

Qazaxıstanda korrupsiyada şübhəli bilinən yüksəkvəzifəli iki məmur saxlanılıb

Qazaxıstanda “Samruk-Kazına” SC İdarə Heyətinin sədri Nurlan Jakupov və “Qazaxıstan Dəmir Yolları” milli şirkətinin rəhbəri Eljas Otınşiyev saxlanılıblar.

AZƏRTAC qazax mediasına istinadla xəbər verir ki, bu vəzifəli şəxslər Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin korrupsiya ilə mübarizə Xidmətinin noyabrın 11-də keçirdiyi əməliyyat zamanı saxlanılıblar.

Xidmətin məlumatına görə, hər iki şəxs, həmçinin onlarla əlaqədə olan digər məmurlar korrupsiya cinayətlərində şübhəli bilinirlər.

Hazırda işin bütün təfərrüatlarının müəyyənləşdirilməsi istiqamətində istintaq aparılır. Məhkəməyəqədər təhqiqatın maraqları baxımından daha ətraflı məlumat verilməyib.