Moskvanın Çertanovo rayonundakı Kirovoqradskaya küçəsində avtomobil partlayıb.
AZƏRTAC xəbər verir ki, ilkin məlumatlara görə, avtomobilin sükanı arxasında Ukraynanın keçmiş Baş naziri Nikolay Azarovun sabiq mətbuat katibi Sergey Zavorotnı olub. O, ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Versiyalardan birinə görə, avtomobilin alt hissəsində kustar üsulla hazırlanmış partlayıcı qurğu işə düşüb.
Rusiya İstintaq Komitəsi faktla bağlı cinayət işi açıb.