AZƏRTAC Qazaxıstanın Nəqliyyat Nazirliyinə istinadla xəbər verir ki, hazırda torpaq yatağının tökülməsi işlərinin 93 faizi yerinə yetirilib. Tikinti işləri 47 körpüdən 43-də də aparılır.
Layihənin həyata keçirilməsi Qazaxıstanın nəqliyyat-logistika potensialının inkişafı və Çinlə dəmir yolu əlaqələrinin genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.
Tikintinin əsas nəticəsi Qazaxıstanla Çin arasında üçüncü dəmir yolu sərhəd-keçid məntəqəsinin açılması olacaq. Yeni marşrut hazırda fəaliyyət göstərən Dostık və Altınkol stansiyalarındakı sərhəd-keçid məntəqələrinin yükünü azaldacaq, yük axınlarının bölüşdürülməsinin səmərəliliyini artıracaq və daşımaların həcmini genişləndirmək üçün əlavə imkanlar yaradacaq.
Yeni dəmir yolu xəttinin illik buraxılış qabiliyyətinin 20 milyon tonadək yük təşkil edəcəyi gözlənilir.