Qazaxıstan Qurultayı (parlament) “"Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında rəqəmsal iqtisadiyyatda tərəfdaşlıq haqqında Saziş”in təsdiq edilməsi haqqında Qanunu qəbul edib.
AZƏRTAC “Kazinform”a istinadla xəbər verir ki, sənəd elektron ticarət sənədləri və fakturalar, gömrük və nəqliyyat məlumatlarının mübadiləsi, rəqəmsal logistika, sərhədyanı elektron ödənişlər sahəsində əməkdaşlığı nəzərdə tutur.
2026-cı ilin ilk səkkiz ayında Qazaxıstanın TDT ölkələri ilə ticarət dövriyyəsi 41,2 faiz artaraq 11,5 milyard dollara, ixracı isə 53,8 faizlik artımla 9,15 milyard dollara çatıb.
Sazişin icrasını əlaqələndirmək üçün Birgə Komitənin yaradılması planlaşdırılır.