ABŞ-ın Mayami Qardens şəhərində (Florida ştatı) “The Licking” restoranının yaxınlığında atışma olub, 10 nəfər yaralanıb.
ABŞ KİV-i xəbər verir ki, insident rep ifaçısı Frenç Montananın klip çəkilişi zamanı baş verib.
Atışma faktını şəhərin polis idarəsi təsdiqləyib. Amma istintaq başa çatmadığına görə insidentin təfərrüatları açıqlanmayıb.