Bazar ertəsi Kabildə partlayış baş verib, ən azı iki nəfər həlak olub.
Bu barədə Emergency Beynəlxalq Tibb Təşkilatı Tvitter-də xəbər verib.
Məlumata görə, həmçinin ən azı 12 nəfər xəstəxanaya yerləşdirilib, onların arasında uşaq da var. Hadisə Xarici İşlər Nazirliyinin binasının yaxınlığında baş verib.