Küveytdə parlament buraxılıb

Küveytdə parlament buraxılıb

Küveytin vəliəhd şeyxi Məşəl əl-Əhməd əl-Cabir əl-Sabah 2020-ci ildə seçilən parlamentin yenidən buraxılması haqqında sərəncam imzalayıb.

Məlumatı “Newsru.co” yayıb. Nəşr bildirib ki, Ali Məhkəmənin bərpa etdiyi qanunverici orqanın buraxılmasına dair qərar qəbul edib: “Yaxın aylarda yeni parlament seçkilərin tarixi açıqlanacaq”.

Qeyd edək ki, Küveyt əmirinin varisi 2020-ci ildə seçilən parlamenti bir müddət əvvəl buraxmışdı. 2022-ci ilin yayında qanunverici orqanın vergi islahatlarını təşviqdən imtina etməsindən sonra Məşəl əl-Əhməd əl-Cabir əl-Sabah erkən seçkilər elan etmişdi.

Sonuncu seçkilərdə müxalifət 50 deputat yerindən 28-ni qazanmışdı. Ali Məhkəmə həmin seçkilərin nəticələrini və şeyxin qərarını ləğv etmişdi. Ona görə də 2020-ci ildə seçilən deputatlar fəaliyyətini davam etdirirdi.