Perunun şimal-qərbində avtobusun uçuruma düşməsi nəticəsində azı 15 nəfər ölüb.
Bu barədə “RPP” radiostansiyası məlumat yayıb.
Qeyd olunub ki, San Martin departamentindən Tumbes bölgəsinə gedən avtobusda 50 sərnişin və 2 sürücü olub.
Qəzada yaralanan 20-dən çox şəxs müxtəlif xəsarətlə xəstəxanalara çatdırılıb.
Hadisənin səbəbləri hələ məlum deyil. Peru Quru Nəqliyyat İdarəsi faktla bağlı araşdırmaya başlayıb.