Zelenski Cozef Baydenlə görüşəcək

Zelenski Cozef Baydenlə görüşəcək

Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 12-də ABŞ Prezidenti Cozef Baydenlə görüşəcək.

Bu barədə “Bild” məlumat yayıb.

Bildirilib ki, o, Cozef Bayden və Konqresin hər iki palatasının nümayəndələri ilə danışıqlar aparacaq. Məlumata görə, V.Zelenski Ukraynaya yeni yardımın qarşısını alan Nümayəndələr Palatasının respublikaçı spikeri Mayk Consonla da görüşmək niyyətindədir.

Qeyd edək ki, Volodimir Zelenski dekabrın 11-də ABŞ-yə səfər edib.