Qazaxıstanda 5.2 bal gücündə zəlzələ baş verib.
Bu barədə “Sputnik”in Qazaxıstan bürosu məlumat yayıb.
Qeyd olunub ki, zəlzələ Almatıda hiss olunub, Türküstan vilayətində körpü dağılıb.
Ölən və xəsarət alanlar barədə məlumat yoxdur. Hazırda şəhərdə həyəcan siqnalı işə düşüb.