Suriyanın Hums şəhərində hərbi akademiyaya PUA hücumu nəticəsində 14-ü mülki şəxs olmaqla, azı 100 nəfər həlak olub.
SANA informasiya agentliyi xəbər verir ki, həlak olanların əksəriyyətinin akademiyanın məzunları olduğu bildirilir. Partlayıcı yükü olan PUA-nın zərbəsi də məzunların buraxılış mərasimi zamanı endirilib.
SANA-nın məlumatına görə, heç bir təşkilat bu hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.
Suriya hökuməti 2017-ci ildə ölkənin üçüncü ən böyük şəhəri olan Hums üzərində nəzarəti bərpa etsə də, bu bölgənin ətraf rayonları terrorçuların əlindədir.