Texasda yük vaqonunda 6 nəfərin meyiti aşkarlanıb

Texasda yük vaqonunda 6 nəfərin meyiti aşkarlanıb

ABŞ-ın Texas ştatının Laredo şəhərində yerləşən dəmiryolu stansiyasında yük vaqonunda 6 nəfərin meyiti aşkarlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “The New York Times“ qəzeti məlumat yayıb.

Məlumata görə, ölən şəxslərin kimliyi və ölüm səbəbi hələ müəyyən edilməyib. Polis araşdırma aparır.