Tramp ABŞ-ın üçüncü dünya ölkəsinə çevrildiyini bəyan edib

Tramp ABŞ-ın üçüncü dünya ölkəsinə çevrildiyini bəyan edib


Amerika məhkəmə sisteminin korrupsiyası və nəzarətsiz miqrant axını ABŞ-ı üçüncü dünya ölkəsinə çevirir. "Yeni Azərbaycan" RİA Novostiyə istinadən  yazır ki, bu barədə ABŞ-ın keçmiş prezidenti Donald Tramp Miçiqanda tərəfdarları qarşısında mitinqdə çıxışı zamanı danışıb.

“Bu vəziyyət davam edərsə, heç kim ABŞ-da iş görmək istəməz və biz üçüncü dünya ölkəsinə çevriləcəyik” - deyə o bildirib.

Siyasətçi ölkənin cənubundakı problemləri xatırladıb.

Tramp daha əvvəl demişdi ki, ABŞ çox da uzaq olmayan gələcəkdə terror hücumları gözləyəcək. Bu, ölkəyə çoxlu sayda qeyri-leqal miqrantların daxil olması səbəbindən baş verə bilər.


Havar Şəfiyeva