Havar Şəfiyeva
Amerika məhkəmə sisteminin korrupsiyası və nəzarətsiz miqrant axını ABŞ-ı üçüncü dünya ölkəsinə çevirir.
"Yeni Azərbaycan" xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş prezidenti Donald Tramp Miçiqanda mitinqdə çıxışı zamanı deyib.
“Bu, davam edərsə, heç kim ABŞ-da iş görmək istəməz və biz üçüncü dünya ölkəsinə çevriləcəyik” - deyə o, bildirib.
Qeyd edək ki, əvvəllər bildirilirdi ki, Donald Tramp prezident seçiləcəyi təqdirdə ildə milyonlarla miqrantı deportasiya etməyi planlaşdırır.
Xatırladaq ki, Tramp daha əvvəl demişdi ki, ABŞ-ı çox da uzaq olmayan gələcəkdə terror hücumları gözləyəcək.