Türkiyədə sərnişin avtobusu aşıb, 11 nəfər yaralanıb

Türkiyədə sərnişin avtobusu aşıb, 11 nəfər yaralanıb

Türkiyənin Uşak şəhərində sərnişin avtobusu aşıb.

“Haber Global” xəbər verir ki, hadisə Afyonkarahisar-Uşak yolunda baş verib.

Qəza nəticəsində 11 nəfər yaralanıb.

Onlar xəstəxanaya yerləşdiriliblər.

Hadisəyə səbəb kimi sürücünün idarəetməni itirməsi göstərilir.