Yunanıstanda ard-arda iki güclü zəlzələ baş verib

Yunanıstanda ard-arda iki güclü zəlzələ baş verib

Yunanıstanın Samos adası yaxınlığında ard-arda iki zəlzələ baş verib.

Trend-in məlumatına görə, əvvəlcə bölgədə 4,9 bal gücündə yerlatı təkanlar qeydə alınıb. Zəlzələnin episentri Pifaqorion şəhərindən 14 kilometr cənub-qərbdə olub.

Bir neçə saat sonra Aqatonisi yaşayış məntəqəsindən 16 kilometr şimal-qərbdə 5,3 bal gücündə ikinci zəlzələ qeydə alınıb.