Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

Qaradağ rayonu ərazisində yerləşən evlərin birindən 7050 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən F.Fərəcov müəyyən olunaraq saxlanılıb.

Araşdırma zamanı onun rayon ərazisində digər evlərdən də elektrik kabelləri oğurladığı müəyyən edilib.

Faktlarla bağlı araşdırma aparılır.