Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə noyabrın 16-da səhər saatlarında Xudat-Yalama avtomobil yolunun rayonun Ləcət kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində sürücü, Ləcət kənd sakini Muradxanov Asim Rüfət oğlu hadisə yerində ölüb. Avtomobildə olan digər dörd nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Qeyd edək ki, Asim Muradxanov Vətən müharibəsinin iştirakçısıdır.
Faktla bağlı araşdırma aparılır.