YAP MSK üzvlüyünə namizədlərini Milli Məclisə təqdim edib

YAP MSK üzvlüyünə namizədlərini Milli Məclisə təqdim edib
Hakim Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Komissiyası (MSK) üzvlüyünə irəli sürdüyü namizədlərinin siyahısını parlamentə təqdim edib. Bu barədə bazar ertəsi “Trend”ə YAP-ın İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı məlumat verib. Onun sözlərinə görə, hakim partiya MSK təmsilçilərinin siyahısında dəyişiklik etməyib və bundan öncə YAP-ı təmsil edən şəxslərin namizədliyi yenidən irəli sürülüb.