YAP Gənclər Birliyinin üzvləri Türkiyədə baş vermiş terrora etiraz ediblər

YAP Gənclər Birliyinin üzvləri Türkiyədə baş vermiş terrora etiraz ediblər

Dünən Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin bir qrup fəal üzvü Türkiyənin Azərbaycandakı səfirliyinin qarşısında toplaşıb. Gənclər xeyli insanın ölümünə səbəb olan İstanbulun Atatürk Hava Limanında baş vermiş terror aktına etiraz ediblər. YAP Gənclər Birliyinin üzvləri qardaş Türkiyə xalqının acısına şərik çıxaraq həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veriblər. Gənclər terrorçuları və terrora dəstək verənləri lənətləyiblər.