Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25-ci ildönümü ilə əlaqədar YAP İmişli rayon təşkilatı tərəfindən “Hərəyə bir ağac əkək” kampaniyası çərçivəsində ağacəkmə aksiyası keçirilib.
Aksiyada YAP İmişli rayon təşkilatının fəalları, eləcə də ictimaiyyət nümayəndələri və İmişli rayon İcra Hakimiyyətinin kollektivi yaxından iştirak edərək şam ağacları əkiblər.
Şəhərin Olimpiya İdman Komleksinin ətrafında və digər küçələrində yenidənqurma, abadlıq işləri həyata keçirilib. Abadlıq işləri sırasında yaşıllaşdırma işləri aparılıb. Xüsusilə gənclərin yüksək fəallıqla qoşulduğu bu aksiyada 2000 ədəd müxtəlif növ ağaclar əkilib.