YAP Nərimanov rayon təşkilatı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir

YAP Nərimanov rayon təşkilatı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir

Dekabrın 23-də ölkəmizdə keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar olaraq Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir.
Kampaniya çərçivəsində təşkilatın gənc fəalları seçkilərə çağırış məqsədilə seçicilərə bukletlər paylayıblar.
Bu kampaniyanı maraqla qarşılayan Nərimanov rayonu sakinləri bələdiyyə seçkilərində fəal iştirak edəcəklərini və YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.