Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatında gənclərlə görüş keçirilib. YAP Yevlax rayon təşkilatının bir qrup fəal gəncinin iştirak etdiyi görüşdə çıxış edən rayon təşkilatının sədri, Milli Məclisin üzvü İlham Məmmədov dövlətin gənclər siyasətindən, ölkə rəhbərinin gənclərə olan diqqət və qayğısından, bütün sahələr üzrə onlara göstərilən etimaddan danışıb.
Gəncləri fəal, dövlətçiliyimizin qorunmasında mübariz olmağa səsləyən millət vəkili onları ölkədəki ictimai-siyasi proseslərdə aktiv şəkildə iştirak etməyə çağırıb.
Sonda gəncləri maraqlandıran suallara cavab verilib, onların təklifləri dinlənilib.