Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Peşə etikası / “Yeni Azərbaycan” qəzetində redaksiya siyasəti və peşə etikası yenidən müzakirəyə çıxarıldı

“Yeni Azərbaycan” qəzetində redaksiya siyasəti və peşə etikası yenidən müzakirəyə çıxarıldı

26.04.2022 [23:23]

Aprelin 26-da "Yeni Azərbaycan" qəzetinin redaksiyasında Media İnkişafı Agentliyinin (MEDİA) tövsiyələrinə uyğun olaraq “Redaksiya siyasəti və peşə etikası qaydaları” mövzusunda müzakirələrin ikinci iclası keçirilib. “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Həsənoğlu çıxış edərək, qeyd edib ki, yeni qaydalar cəmiyyəti informasiya ilə təmin etmək öhdəlikləri daşıyan jurnalistlərin vəzifə və məsuliyyətlərini ön plana çəkir. “Redaksiya siyasəti və peşə etikası qaydaları” nümunəsində ümumi prinsiplər, xəbər və şərh, xəbər mənbələri ilə iş, təkzib və düzəlişin necə verilməsi qaydalarını izah edir və bu qaydalar Azərbaycan mediasının inkişafına öz müsbət töhfəsini verəcək.

Alqış Həsənoğlu qeyd edib ki, yeni qaydalar bütün redaksiyalarda müzakirə olunur və bu müzakirələr zamanı maraqlı təkliflər səsləndirilir. “MEDİA ən maraqlı təklifləri dəyərləndirib, nəzərə alarsa, bu ümumi işin xeyrinə olacaq.  Sözügedən qaydalar əsasında işin qurulması peşəkar mətbuatın  üzərinə məsuliyyət qoymaqla yanaşı, onları zərərli məqamlardan da qoruya bilər”,- deyən  baş redaktor əlavə edib ki, MEDİA peşə etikaları qaydalarına riayət edilməsinə ciddi nəzarət edəcək.

Qeyd edək ki, media subyektləri üçün “Redaksiya siyasəti və peşə etikası qaydaları” nümunəsi (şablonu) hazırlanıb. Nümunənin hazırlanmasında Azərbaycan Respublikasının Medianın inkişafı Agentliyi, Azərbaycan Respublikası Audiovizual Şurası, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin mütəxəssisləri, jurnalist təşkilatları və digər ekspertlər iştirak ediblər.
“Redaksiya siyasəti və peşə etikası qaydaları” nümunəsində ümumi prinsiplər, xəbər və şərh, xəbər mənbələri ilə iş, təkzib və düzəlişin necə verilməsi yer alıb. 
Bütün dünyada  nüfuzlu media qurumlarının peşə etikası qaydalarını ehtiva edən kodeks əsasında işlədiyini nəzərə alaraq, Azərbaycanın peşəkar mətbuatının da eyni yolu izləməsi “Yeni Azərbaycan” qəzetinin əməkdaşları tərəfindən təqdirəlayiq hal kimi qiymətləndirilib. “Redaksiya siyasəti və peşə etikası qaydaları” nümunəsində ümumi prinsiplər, xəbər və şərh, xəbər mənbələri ilə iş, təkzib və düzəlişin necə verilməsi qaydaları yer alıb.

Birgə müzakirələrdən sonra “Yeni Azərbaycan” qəzetinin əməkdaşları “Redaksiya siyasəti və peşə etikası qaydaları”nı təsdiq edib və redaksiyada xüsusi bölmə yaradılaraq, qaydalar ora yerləşdirilib.

Paylaş:
Baxılıb: 143 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Prezident bu gün

Prezident bu gün

24 May 10:33

Analitik

MEDİA

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31