/ / Gündüz İsmayılov: Dinin siyasiləşdirilməsi və dünyəvilik prinsipinə qarşı çıxışlar milli təhlükəsizliyə təhdiddir
Gündüz İsmayılov: Dinin siyasiləşdirilməsi və dünyəvilik prinsipinə qarşı çıxışlar milli təhlükəsizliyə təhdiddir
18.06.2026 [15:58]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Lerik şəhərində “Müasir dövrdə dini təhlükəsizlik və ideoloji təhdidlər” mövzusunda regional konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdən öncə konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin Lerik şəhərində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Konfransda Dövlət Himni səsləndirilib və Vətən müharibəsində qazanılmış tarixi Zəfərə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov çıxışında bildirib ki, güclü dövlət milli və dini irsin qorunmasının əsas təminatçısıdır. Dini sahədə həyata keçirilən maarifləndirmə tədbirləri dövlət qurumları ilə dini icmalar arasında əməkdaşlıq və vahid ictimai düşüncənin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu istiqamətdə görülən işlər milli-mənəvi dəyərlərin təbliği, dini həmrəyliyin möhkəmləndirilməsi və gənc nəslin sağlam ideoloji mühitdə formalaşmasına töhfə verir.
Eyni zamanda, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər nəticəsində işğaldan azad olunmuş ərazilərdə məscidlərin və digər dini-mədəni abidələrin bərpası dövlətin milli-mənəvi dəyərlərə verdiyi önəmin bariz göstəricisidir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Azərbaycanda dövlət və din münasibətləri fonunda qarşıya çıxan əsas ideoloji təhlükələr haqqında danışaraq, İslam dəyərlərinin azərbaycançılıq məfkurəsi ilə vəhdətdə qorunmasının vacibliyi vurğulayıb. Qeyd edib ki, din pərdəsi altında başqa xalqların həyat tərzinin və təfəkkürünün cəmiyyətə yeridilməsi, dinin siyasiləşdirilərək ibadət yerlərinin ideoloji alətə çevrilməsi və dünyəvilik prinsipinə qarşı çıxışlar birbaşa milli təhlükəsizliyə təhdiddir. Gündüz İsmayılov Azərbaycana xas olan multikulturalizm, tolerantlıq və məzhəblərarası dinc yanaşı yaşama ənənələrinin qorunmasının, dindarlıqla məzhəbçiliyin bir-birindən fərqləndirilməsinin vacib olduğunu diqqətə çatdırıb.
Milli Məclisin deputatı Vasif Qafarov bildirib ki, radikalizmlə mübarizədə maarifləndirmə, düzgün dini təhsil və gənclərin adət-ənənələrə bağlı yetişməsi mühüm əhəmiyyət daşıyır. Dini təhlükəsizliyin və mədəni irsin qorunması dövlətlə yanaşı, bütün cəmiyyətin ümumi məsuliyyətidir və bu istiqamətdə birgə fəaliyyət göstərilməsi vacibdir. Azərbaycanın tarixən tolerantlıq və multikulturalizm ənənələrinə sadiq qaldığını vurğulayan Vasif Qafarov ölkədə dini etiqad azadlığının təmin edildiyini, müxtəlif dini konfessiyaların qarşılıqlı hörmət şəraitində fəaliyyət göstərdiyini qeyd edib.
Tədbir işini “Qloballaşma prosesində din amili” və “İdeoloji çağırışlar kontekstində dini radikalizm” mövzuları üzrə panel müzakirələrlə davam etdirib.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

