İşğaldan azad olunan ərazilərdə də qanvermə aksiyaları təşkil edilib
25.06.2026 [12:36]
"Bu il Aşura günü ilə əlaqədar ölkənin bütün bölgələrində, ümumilikdə 38 məntəqədə qanvermə aksiyaları təşkil olunub".
Yeniazerbaycan.com xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib.
Sədr müavini əlavə edib ki, artıq işğaldan azad edilmiş ərazilərdə də qanvermə aksiyaları keçirilir.
"Həmin məntəqələr əsasən məscidlər və ziyarətgahlardır. Sevindirici haldır ki, artıq bir neçə ildir işğaldan azad edilmiş ərazilərimizdəki məscidlər də bu təşəbbüsə qoşulub. Belə ki, Ağdam Cümə məscidində və Şuşa şəhərindəki məscidlərdə də qanvermə aksiyaları keçirilir.
Diqqətçəkən məqamlardan biri də odur ki, artıq bir neçə ildir qanvermə aksiyası Azərbaycan İlahiyyat İnstitutunda da təşkil edilir. Bu, təsadüfi deyil. Azərbaycan İlahiyyat İnstitutu ölkəmizdə dini sahə üzrə ixtisaslı mütəxəssislər hazırlayan yeganə ali təhsil müəssisəsidir. Burada gələcəyin din xadimləri, ilahiyyatçıları və dinşünasları yetişir. Bu baxımdan Aşura günü qanvermə aksiyasının məscid və ziyarətgahlarla yanaşı, məhz bu ali təhsil ocağında da keçirilməsi xüsusi məna daşıyır.
Qeyd etmək lazımdır ki, aksiyanın təşkilində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan İlahiyyat İnstitutu, Qafqaz Müsəlmanları İdarəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu, TƏBİB, Səhiyyə Nazirliyi, Azərbaycan Könüllülər İttifaqı, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Gənclər Fondu, qeyri-hökumət təşkilatları və digər qurumlar yaxından iştirak edir, bu təşəbbüsə öz dəstəklərini verirlər".
Açıqlamada qeyd edilib ki, aksiyanın axşam saatlarına qədər davam etməsi gözlənilir: "Yeni başlamasına baxmayaraq, artıq aksiyaya müraciət edənlərin sayı kifayət qədər çoxdur. Ötən illərin təcrübəsi göstərir ki, Aşura günü ərzində, hətta axşam saatlarına qədər qan vermək istəyənlərin axını davam edir. Biz də günün sonuna qədər Azərbaycan Qan Bankı ilə birlikdə bu aksiyanı davam etdirəcəyik".
Sədr müavini son olaraq vurğulayıb ki, ümumiyyətlə, son illərdə Aşura günü keçirilən qanvermə aksiyalarında iştirak edənlərin sayında davamlı artım müşahidə olunur. Bunun əsas səbəblərindən biri insanların Aşura hadisəsinin mahiyyətini və fəlsəfəsini daha düzgün dərk etməsidir. Bu isə ölkədə aparılan maarifləndirmə işlərinin uğurlu nəticəsidir.
Havar Şəfiyeva
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

