Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov şəhid Hüseyn Etibar oğlu Abdulovun dəfn mərasimində iştirak edib

Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov şəhid Hüseyn Etibar oğlu Abdulovun dəfn mərasimində iştirak edib

05.08.2014 [09:46]

Əli Əhmədov: Azərbaycan xalqı öz şəhidlərini hər zaman uca tutur
Avqustun 2-də Sumqayıt şəhərindən hərbi xidmətə çağırılmış, iyulun 31-dən avqustun 1-ə keçən gecə cəbhə xəttində erməni hərbi birləşmələrinin hücumlarını dəf edərkən şəhid olmuş Hüseyn Etibar oğlu Abdulovun dəfn mərasimi olub. H.Abdulov Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Dəfn mərasimində Azərbaycan Respublikasının Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov, eləcə də, Milli Məclisin deputatları, Sumqayıt şəhər İcra Hakimiyyətinin rəhbərliyi, şəhər ictimaiyyəti və şəhidin hərbçi yoldaşları iştirak ediblər.
Əli Əhmədov şəhidin ailəsini ziyarət edib, onun valideynlərinə, qohumlarına başsağlığı verib. Xalqımızın belə qəhrəman oğulları ilə qürur duyduğunu deyən Baş nazirin müavini torpaqlarımızın azadlığı uğrunda canından keçən oğullarımızın qanının yerdə qalmayacağını vurğulayıb.
Şəhidlər Xiyabanında dəfn mərasimində şəhid H.Abdulovun ruhuna dualar oxunub, məzarı üzərinə gül-çiçək, əklillər qoyulub.
Dəfn mərasimindən sonra jurnalistlərə açıqlama verən Baş nazirin müavini, YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov bildirib ki, Azərbaycan xalqı öz şəhidlərini hər zaman uca tutur. “Şəhidlik adı müqəddəsdir. Bu gün daha bir şəhidimizi torpağa tapşırdıq”, - deyən Əli Əhmədov qeyd edib ki, atəşkəs rejiminin tətbiq olunmasına baxmayaraq, erməni tərəfinin törətdiyi təxribatlar nəticəsində Azərbaycanda gənclərimiz həlak olur. “Bu yaxınlarda da bir neçə gəncimiz həlak olub. Azərbaycan xalqı bu qanı yerdə qoymayacaq. Bizim hərbçilərimiz, dəyanətli döyüşçülərimiz tökülən qanların, həlak olan övladlarımızın qisasını alacaqlar. Hesab edirəm ki, bütün bunlar erməni tərəfinin son zamanlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli sürətdə həll olunması ilə əlaqədar səsləndirilən bəyanatlara verdiyi əsəbi reaksiyanın ifadəsidir. Yəqin ki, Ermənistan bununla öz əhalisinin diqqətini daxili qeyri-sabitlikdən yayındırmağa cəhd edir. Bütün bunlara baxmayaraq, Azərbaycan ordusunun gücü, qüdrəti, əsgərlərimizin mətinliyi erməniləri narahat edir. Cəbhə bölgəsində son günlərdə törədilən təxribatlar da, məhz bu narahatçılığın bariz nümunəsidir. Lakin Azərbaycan dövlətinin gücü, xalqının mətanəti, ölkəmizin yetişdirdiyi dəyanətli övladlar Azərbaycanın ərazi bütövlüyünü təmin etməyə və tökülən qanların əvəzini çıxmağa hazırdırlar və bunu edəcəklər” - deyə, YAP Sədrinin müavini vurğulayıb.
N.BAYRAMLI

Paylaş:
Baxılıb: 779 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Qızıl bahalaşıb

30 Sentyabr 12:44

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xarici siyasət

Maraqlı

Prezident bu gün

Prezident bu gün

30 Sentyabr 10:27

Ədəbiyyat

MEDİA

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31