Azərbaycanın nadir nümunəsi
23.07.2022 [11:43]
Şəhid ailələrinin, müharibə əlillərinin mənzil sevinci
M.FEYİZLİ
Azərbaycan dövləti və cəmiyyəti tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə böyük ehtiram bəslənilir. Bu isə onunla bağlıdır ki, məhz şanlı Ordumuzda xidmət göstərən hərbçilərin fədakarlığı sayəsində üç onillik ərzində davam edən işğal faktına son qoyuldu, mənfur düşmən kapitulyasiyaya məcbur edildi və beynəlxalq hüquq, tarixi ədalət bərpa olundu. Təbii ki, Birinci və İkinci Qarabağ müharibələrində itkilər də verdik. Vətən torpaqlarının azadlığı uğrunda yüksək vətənpərvərlik göstərən minlərlə hərbçimiz həyatını itirdi və yaxud əlillik qazandı. Onların bu qəhrəmanlığı heç vaxt unudulmayacaq, daim qəlblərdə yaşayacaq və ehtiramla anılacaq.
12 min 500 mənzil
Müharibələr müxtəlif səbəblərdən dünyanın müxtəlif bölgələrində baş verir. Ancaq harada, hansı ölkədə baş verməsindən asılı olmayaraq döyüşlərdə həyatını itirən hərbçilərin ailələrinə və yaxud müharibə əlillərinə dövlət vəsaiti hesabına tikilən mənzillərin verilməsi barədə məlumatlar çox az alırıq və yaxud heç almırıq. Elə götürək havadarlarının köməyi ilə ərazilərimizin 20 faizini işğal altına alan Ermənistanı. 44 günlük müharibədə işğalçı dövlət daha böyük itkilərə məruz qaldı. Ancaq bu ölkədə müharibədə həlak olan və yaxud əlillik qazanan hərbçilərə, Prezident İlham Əliyevin təbirincə desək, heç koma, daxma da verilmir. Qalib Azərbaycan isə bu sahədə də dünyaya nümunə göstərir. Respublikamızda dövlət başçısının tapşırığına əsasən büdcə vəsaitləri hesabına mənzillər, fərdi evlər tikilərək şəhid ailələrinin və müharibə əlillərinin ixtiyarına verilir. Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə söylədiyi nitqində sosial dövlət olan Azərbaycanın bu nadir nümunəsinə xüsusi diqqət çəkib. “Hərbçilərin sosial müdafiəsi məsələləri də Azərbaycanda yüksək səviyyədə təmin edilir” deyən dövlətimizin başçısı vurğulayıb: “Hərbçilərin həm xidmət şəraiti, həm mənzil şəraiti haqqında bir çox məlumatlar var. Azərbaycanda bu sahədə görülən işlər deyə bilərəm ki, dünyada nadir hallarda təkrarlanır. İndi qüsursuz xidmət edən hərbçilərə dövlət tərəfindən mənzillər verilir”.
Respublikamızda şəhid ailələrinə və müharibə əlillərinə dövlət vəsaiti hesabına inşa olunan mənzillərin və fərdi evlərin verilməsi ilə bağlı statistika kifayət qədər zəngindir. Təkcə ötən il müvafiq kateqoriyalardan olan ailələr və şəxslər 3 min mənzil və fərdi ev alıblar. Bütövlükdə, Birinci və İkinci Qarabağ müharibələrinin şəhid ailələrinə və müharibə əlillərinə 12 min 500 mənzil verilib.
Müvafiq proqram cari ildə də uğurla davam etdirilir. Müşavirədə bildirildiyi kimi, 2022-ci ilin sonunadək 1500 mənzilin tikilərək şəhid ailələrinin və müharibə əlillərinin ixtiyarına verilməsi nəzərdə tutulub. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev məlumat verərək bildirib ki, ilin əvvəlindən bəri 600 ailə yeni mənzilə sahiblənməyin sevincini yaşayıb. Növbəti iki ay ərzində isə daha 500 mənzil və fərdi evin şəhid ailələrinə və müharibə əlillərinə təqdim edilməsi planlaşdırılır. Beləliklə, dövlət başçısının tapşırığına uyğun olaraq müvafiq proqramın Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunun ərazisində icrası 2022-ci ildə tamamlanacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmisinin məlumatına əsasən, paralel olaraq regionlarda, ölkənin digər böyük şəhərlərində də bu istiqamətdə işlər davam etdirilir. Əlavə olaraq cari ilin birinci yarısında 100 avtomobil də müharibə əlillərinə təqdim edilib.
Xidmət şəraiti yaxşılaşdırılır
44 günlük Vətən müharibəsində şanlı tarix yazan qalib Ordumuzun şəxsi heyətinə qayğı digər bir istiqamətdə də davam etdirilir. Söhbət hərbçilərimizin xidmət şəraitinin yaxşılaşdırılmasından gedir. Bütövlükdə, Azərbaycanda Ordunun gücləndirilməsi davamlı prosesə çevrilib və kompleks səciyyə daşıyır. Dövlət başçısının qeyd etdiyi kimi, bu altı ay ərzində hərbi sahədə də islahatlar aparılıb. “Struktur islahatları aparılıb, hərbi təhsildə islahatlar aparılıb. Təlimlərlə bağlı ciddi addımlar atılıb. Yeni silahlı birləşmələr yaradılıb. Yeni kontraktlar imzalanıb, hərbi texnika, silah-sursatlar alınır və alınacaq. Biz ordu quruculuğu sahəsində öz işlərimizi davam etdiririk. Bizim bu il artan iqtisadi və maliyyə imkanlarımızın bir hissəsi məhz bu məsələlərə istiqamətləndirilib. Büdcəyə əlavələr edildi, dürüstləşmə edildi və orada hərbi xərclər əhəmiyyətli dərəcədə artırıldı”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Azərbaycanın postmüharibə mərhələsində də ordu quruculuğunu diqqət mərkəzində saxlaması geosiyasi amillərlə, ilk növbədə də, son vaxtlarda Ermənistanda revanşizm cəhdlərinin artması ilə bağlıdır. Şanlı Qələbəsi ilə işğalçını diz çökdürən və regionda yeni reallıqlar yaradan Azərbaycan sülh tərəfdarıdır. Ölkəmiz müharibə səhifəsini birdəfəlik bağlamaq və gələcəyə baxmaq əzmi nümayiş etdirir, regionda uzunmüddətli sabitliyin və təhlükəsizliyin təmin olunmasına öz töhfələrini verməyə çalışır. Ancaq eyni istək və fəaliyyət məğlub Ermənistanda müşahidə edilmir. Bu ölkədə həm iqtidardakı, həm də müxalifətdəki ayrı-ayrı qüvvələr yenə də müharibə ritorikası səsləndirirlər. Azərbaycan müharibənin nə olduğunu yaxşı bilir. Buna görə də öz hüquqlarını, ərazilərini qorumaq, düşmənin istənilən təcavüz əməlinin qarşısını qətiyyətlə almaq üçün Ordusunu yeni tələblər əsasında gücləndirir.
Paralel şəkildə, hərbçilərin xidmət şəraiti yaxşılaşdırılır. Ölkə üzrə bütün hərbi şəhərciklər əsaslı şəkildə təmir edilir. Bildirildiyi kimi, artıq onların təxminən 90 faizində yenidənqurma işləri yüksək səviyyədə tamamlanıb. Bu qəbildən olan işlər Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərdə də həyata keçirilir. Müharibənin başa çatmasından sonra burada hərbi təyinatlı yollar çəkilib, yeni şəhərciklər, bazalar qurulub. Bu infr?struktur obyektlərinin maddi-texniki təchizatı da ən yüksək səviyyədə öz həllini tapır. Əlamətdar haldır ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev işğaldan azad edilmiş bölgələrə səfərləri çərçivəsində bir neçə hərbi təyinatlı obyektin açılış mərasiminə qatılıb və dəyərli tövsiyələrini verib.
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
12 Avqust 20:12

Xəbər lenti
12 Avqust 20:10

Gündəm
12 Avqust 19:43

İqtisadiyyat
12 Avqust 19:41

İqtisadiyyat
12 Avqust 19:35

Siyasət
12 Avqust 19:33

Gündəm
12 Avqust 19:32

Gündəm
12 Avqust 19:28

Xəbər lenti
12 Avqust 19:27

Xəbər lenti
12 Avqust 19:20

Xəbər lenti
12 Avqust 17:01

Xəbər lenti
12 Avqust 16:38

Xəbər lenti
12 Avqust 16:04

Xəbər lenti
12 Avqust 15:44

Xəbər lenti
12 Avqust 15:13

Xəbər lenti
12 Avqust 15:12

Gündəm
12 Avqust 13:59

Siyasət
12 Avqust 13:53

Xəbər lenti
12 Avqust 13:45

Xəbər lenti
12 Avqust 13:20

Siyasət
12 Avqust 13:11

Gündəm
12 Avqust 13:10

Xəbər lenti
12 Avqust 12:25

Xəbər lenti
12 Avqust 11:38

Xəbər lenti
12 Avqust 11:30

Xəbər lenti
12 Avqust 11:25

Gündəm
12 Avqust 11:11

Gündəm
12 Avqust 11:03

Xəbər lenti
12 Avqust 10:57

Sosial
12 Avqust 10:54

Sosial
12 Avqust 10:39

İqtisadiyyat
12 Avqust 10:35

Xəbər lenti
12 Avqust 10:29

Prezident bu gün
12 Avqust 10:29

İqtisadiyyat
12 Avqust 10:27

MEDİA
12 Avqust 10:21

Yeni texnologiyalar
12 Avqust 10:18

Xəbər lenti
12 Avqust 10:16

Siyasət
12 Avqust 10:13

Siyasət
12 Avqust 10:10

Gündəm
12 Avqust 10:01

İdman
12 Avqust 09:24

Xəbər lenti
12 Avqust 09:21

Siyasət
11 Avqust 22:21

İdman
11 Avqust 20:38

Xəbər lenti
11 Avqust 19:33

İdman
11 Avqust 19:18

Xəbər lenti
11 Avqust 17:59

Gündəm
11 Avqust 17:53

Xəbər lenti
11 Avqust 17:00

Xəbər lenti
11 Avqust 16:38

Xəbər lenti
11 Avqust 16:25

Xəbər lenti
11 Avqust 15:48

Xəbər lenti
11 Avqust 15:26

Xəbər lenti
11 Avqust 14:53

Xəbər lenti
11 Avqust 14:45

İdman
11 Avqust 14:13

Xəbər lenti
11 Avqust 13:51

Xəbər lenti
11 Avqust 13:24

Xəbər lenti
11 Avqust 13:23

Xəbər lenti
11 Avqust 13:21

Xəbər lenti
11 Avqust 12:18

Xəbər lenti
11 Avqust 12:09

İdman
11 Avqust 12:04

Xəbər lenti
11 Avqust 11:23

Xəbər lenti
11 Avqust 11:05

Xəbər lenti
11 Avqust 10:59

Dünya
11 Avqust 10:50

Ədəbiyyat
11 Avqust 10:41

Ədəbiyyat
11 Avqust 10:34
