Məhkəməsiz edamlar, dəyənək gücü, saysız həbslər...
09.12.2022 [11:02]
Nə qədər davam edəcək?
Mollaların liderinə ailəsindən etiraz
Sentyabrın 16-da İranda 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi əhalinin gərginləşməsinə, davamlı etiraz aksiyalarının başladılmasına səbəb oldu. SEPAH dəstələrinin özbaşınalığına etirazdan qaynaqlanan aksiyalar artıq 3 aya yaxındır ki, davam edir. Ötən dövr ərzində İran hökuməti etirazçıların istəklərini dinləməkdənsə, dəyənək gücündən istifadə etməyə üstünlük verir. Bu işdə isə hökumətin ən yaxın “xidmətçisi” İran İslam İnqilabı Keşikçilər Korpusu - SEPAH-dır. Məhz SEPAH şəhər və bölgələrdə insanlara qarşı görünməz vəhşiliklər törədir, divan tutur, işgəncələr verir, günahsız insanların ölümünə səbəb olur. Məsələn, İranın İsfahan əyalətinin Məlekəhr şəhərində öz evlərinin eyvanında oynayarkən İran hakimiyyətinin hərbi-polis qüvvələrinin açdığı atəş nəticəsində 6 yaşlı Beyta Kiyani bir gözünü itirib. Qızcığaz eyvanda oynayarkən hərbi-polis qüvvələri onların evi istiqamətində atəş açıb. Güllə 6 yaşlı Beyta Kiyaninin gözünə dəyib. Onun həmin gözünü amputasiya ediblər. Hadisədən təsirlənən ailə üzvləri və sakinlər bildiriblər ki, evlərində də rahatlıqları yoxdur. Eyni zamanda, son günlərdə İranda 21 nəfərə edam cəzası verilib. Bu barədə “Azad İran” telegram kanalı məlumat verib. Qeyd olunur ki, onlara edam cəzası etirazlara qatıldıqlarına görə verilib. Həmin şəxslərdən ikisi Bəlucistan əyalətindəndir. Edam cəzası verilən şəxslərdən biri isə əslən Güney Azərbaycanın Bostanabad bölgəsinin Atbatan kəndindən olan Milad Əşrəfi Atbatandır. Atbatan ötən ilin iyun ayında İran İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələrinin 840-cı birləşməsinin zabiti Mənsur Rəsulinin oğurlanması və ondan məcburi kəşfiyyat məlumatlarının alınmasında ittiham edilən dörd nəfərdən biridir. Milad Əşrəfi Atbatanla yanaşı, Həsən Orduxanzadə, Şahin İmani Mahmudabad və Mənuçöhr Şəhbəndi adlı şəxslər də İsrailin xüsusi xidmət orqanı Mossadla əməkdaşlıqda günahlandırılıblar.
Azyaşlılar ağır işgəncələrə məruz qalırlar
Eyni zamanda, İranda əhalini etiraz aksiyalarına çağıran 9 nəfər də həbs edilib. İRNA agentliyinin məlumatına görə, Fars əyalətinin prokuroru deyib ki, əhalini sosial şəbəkə vasitəsi ilə nümayişə çağıran xariclə əlaqəsi olan 9 nəfər saxlanılıb. Onların xarici dairələrdən təlimat aldığı bildirilir. Prokurorluq saxlanılan şəxslərdən partlayıcı maddə götürüldüyünü də bildirib. İranın Abdanan şəhərində isə repressiv qüvvələr azyaşlını vəhşicəsinə döyüblər. Bu barədə Güney Azərbaycan hərəkatına bağlı telegram kanalları xəbər yayıb. Bildirilib ki, molla hökumətinin xüsusi təyinatlıları atasının həbsinə etiraz və oturaq aksiya keçirən Tiyam Şahmuradi adlı 12 yaşlı qızı ailəsinin gözü qarşısında döyərək oturaq aksiyanın dağıdılmasını tələb ediblər. Həbs olunanların ailələri vandalların bu hərəkətinə qarşı müqavimət göstəriblər.
Qeyd edək ki, İran hüquq- mühafizə orqanları etirazlarda iştirak edən 462 nəfəri qətlə yetirib. Ölənlərin 64-nün yaşı 18-dən az olan şəxslərdir.
Molla rejiminin rəhbərlərinin yaxınları da etiraz edir
Bu arada, İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneinin bacısı, hazırda həbsdə olan Fəridə Muradxaninin anası Bədri Hüseyni Xameneiyə müraciət edib. İranın ali dini lideri Xameneinin bacısı indiki İran rejiminə qarşı fikirlər səsləndirib. Bədri Xamenei məktubunda qardaşının “avtoritar idarəçiliyini” pisləyib. O, tezliklə İranda tiraniyanın devrilməsini görəcəyinə ümid edir. Açıq məktubda o, Xomenei və onun varisi Xamneyi rejiminin iranlılara əzab və zülmdən başqa bir şey gətirmədiyini bildirib. “Qardaşım İran xalqının səsinə qulaq asmır və yalandan öz muzdlularının və pula meyilli insanların səsini İran xalqının səsi adlandırır”, - deyə o bildirib.
Onu da qeyd edək ki İranın ali dini lideri ayətullah Xameneinin bacısı qızı, hüquq müdafiəçisi Fəridə Muradxani beynəlxalq ictimaiyyəti Məhsa Əmininin ölümü ilə başlayan etirazların zorakılıqla yatırılmasına görə Tehranla bütün əlaqələri kəsməyə çağırdıqdan sonra həbs edilib. Fəridə noyabrın 23-də məhkəmənin qərarı ilə prokurorluğa çağırılarkən həbs olunub. Yayımladığı videomüraciətində Fəridə Muradxani beynəlxalq ictimaiyyəti ölkəni bürüyən etirazlar fonunda İran rejimi ilə əlaqələri kəsməyə və “Tehranla hər hansı razılaşmanı dayandırmağa” çağırmışdı. “Ey azad insanlar, bizimlə olun və hökumətlərinizə deyin ki, uşaqları öldürən bu rejimə dəstəyi dayandırsınlar. Bu rejim heç bir dini prinsipə sadiq deyil və hakimiyyəti əlində saxlamaq üçün gücdən başqa heç bir qaydaya əməl etmir” - deyə, videoda Fəridə Muradxani bildirmişdi. Qeyd edək ki, Fəridə və Mahmud Muradxanilərin mərhum ataları din xadimi və tanınmış müxalifət üzvü olub.
Göründüyü kimi, artıq İranın molla rejiminə rəhbərlik edən şəxslərin qohumları belə etiraz səslərini ucaldırlar. Bu isə prosesin get-gedə daha kəskin hal almasını şərtləndirir. Baş verənlər onu deməyə əsas verir ki, etiraz aksiyaları qarşıdakı dövrdə daha da güclənəcək.
İranda baş verənlər beynəlxalq aləmin diqqətindədir
Qeyd edək ki, İranda dinc nümayişçilərə verilən işgəncələr, ölüm faktları, eyni zamanda çıxarılan edam hökmləri beynəlxalq aləmin də diqqət mərkəzindədir. “Human Rights”ın İran şöbəsinin rəhbəri Mahmud Əmiri-Müqəddam bildirib ki, edam hökmü kəsilmiş insanlar heç bir qanuni proses və ya ədalətli mühakimə olmadan, İnqilab Məhkəməsinin qapalı qapıları arxasında edam cəzasına məhkum ediliblər, onların hökmləri heç bir hüquqi qüvvəyə malik olmayıb. Bu edamlar cəmiyyətdə qorxu yaratmaq, ictimaiyyətin diqqətini İran kəşfiyyatının uğursuzluqlarından yayındırmaq məqsədilə həyata keçirilir.
Böyük Britaniyanın “Amnesty International” təşkilatı da nümayişlərdə iştirak etdiyinə görə həbs olunan azı 28 nəfərin edam riski ilə üz-üzə qalması barədə məlumat yayıb. İnsan hüquqları təşkilatlarının məlumatına görə, 2022-ci ildə İranda 500-dən çox insan edam edilib. Bu, bir il əvvəl edam edilənlərin sayı ilə müqayisədə 200 nəfər çoxdur.
ABŞ və Kanadada akademik fəaliyyətlə məşğul olan azərbaycanlıların yaratdığı təşəbbüs qrupu “İran Etirazları 2022: İranda Azərbaycan türklərinin vəziyyətinə dair hesabat” yayımlayıb. Hesabatda qeyd olunub ki, İranın digər bölgələrində olduğu kimi, azərbaycanlıların yaşadığı vilayətlərdə də insanlar digər etnik və dini hüquqları ilə yanaşı, azadlıq tələbi ilə nümayişlər keçirməyə başlayıblar. Azərbaycan Hüquqşunaslar Assosiasiyasının İnsan Haqları Komissiyasının sədr mavini Sina Yusifiyə görə, etirazların ilk iki həftəsi ərzində Təbrizdə polis və SEPAH qüvvələri 1700-dən çox etirazçını həbs edib. Bütün Azərbaycan bölgəsi üçün həbslərin miqyasını hesablamaq çətin olsa da, həbs edilənlərdən 121-nin və güllələnərək öldürülən 13 etirazçının kimliyi müəyyənləşdirilib. Sənəddə vurğulanıb ki, 16 sentyabr hadisələrinin ardınca bu günlərdə şimal-qərbi İranın Azərbaycan türkləri yaşayan və əsas şəhəri - Təbriz, Urmiya və Ərdəbilin küçələrində “Azadlıq, Ədalət, Milli Hökumət” ifadəsi əsas şüara çevrilməkdədir.
SADİQ
Xəbər lenti
Hamısına bax
Siyasət
28 Yanvar 10:45

Xəbər lenti
28 Yanvar 10:35

Sosial
28 Yanvar 10:33

Siyasət
28 Yanvar 10:30

Analitik
28 Yanvar 10:27

Xəbər lenti
28 Yanvar 10:25

Siyasət
28 Yanvar 10:20

Xəbər lenti
28 Yanvar 10:15

Analitik
28 Yanvar 10:10

Gündəm
28 Yanvar 10:05

Xəbər lenti
28 Yanvar 10:00

Xəbər lenti
27 Yanvar 23:26

Xəbər lenti
27 Yanvar 23:12

Xəbər lenti
27 Yanvar 22:22

Xəbər lenti
27 Yanvar 21:28

Xəbər lenti
27 Yanvar 21:13

Xəbər lenti
27 Yanvar 20:15

Xəbər lenti
27 Yanvar 20:06

Xəbər lenti
27 Yanvar 19:40

Xəbər lenti
27 Yanvar 19:24

Xəbər lenti
27 Yanvar 18:21

Siyasət
27 Yanvar 18:17

Xəbər lenti
27 Yanvar 17:53

Xəbər lenti
27 Yanvar 16:26

Dünya
27 Yanvar 16:18

Xəbər lenti
27 Yanvar 15:35

Xəbər lenti
27 Yanvar 15:14

Siyasət
27 Yanvar 15:06

Xəbər lenti
27 Yanvar 14:55

Gündəm
27 Yanvar 14:31

Xəbər lenti
27 Yanvar 14:21

Siyasət
27 Yanvar 13:48

Xəbər lenti
27 Yanvar 13:46

Siyasət
27 Yanvar 13:35

Siyasət
27 Yanvar 13:30

Xəbər lenti
27 Yanvar 13:19
.jpg&width=120)
Xəbər lenti
27 Yanvar 13:04

Gündəm
27 Yanvar 12:53

Xəbər lenti
27 Yanvar 12:49

Xəbər lenti
27 Yanvar 12:47

Xəbər lenti
27 Yanvar 12:36

Xəbər lenti
27 Yanvar 12:32

Xəbər lenti
27 Yanvar 12:30

Xəbər lenti
27 Yanvar 12:24

Xəbər lenti
27 Yanvar 12:24

Xəbər lenti
27 Yanvar 11:57

Xəbər lenti
27 Yanvar 11:25

Siyasət
27 Yanvar 11:19

Xəbər lenti
27 Yanvar 11:12

Xəbər lenti
27 Yanvar 11:10
.jpg&width=120)
Maraqlı
27 Yanvar 11:01

Xəbər lenti
27 Yanvar 10:58

Analitik
27 Yanvar 10:54

Xəbər lenti
27 Yanvar 10:47

Siyasət
27 Yanvar 10:43

Xarici siyasət
27 Yanvar 10:37
.jpg&width=120)
Sosial
27 Yanvar 10:35

MEDİA
27 Yanvar 10:32

Sosial
27 Yanvar 10:30

Siyasət
27 Yanvar 10:23

Siyasət
27 Yanvar 10:16

Siyasət
27 Yanvar 10:12

Gündəm
27 Yanvar 10:05

Xəbər lenti
27 Yanvar 09:31

Xəbər lenti
27 Yanvar 09:29

Xəbər lenti
27 Yanvar 09:27

Xəbər lenti
26 Yanvar 22:38

Dünya
26 Yanvar 22:36

Xəbər lenti
26 Yanvar 19:34

YAP xəbərləri
26 Yanvar 19:33
