Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Heydər Əliyev siyasəti milli sərvətimizdir" mövzusunda elmi-praktik konfrans keçiriIib

“Heydər Əliyev siyasəti milli sərvətimizdir" mövzusunda elmi-praktik konfrans keçiriIib

09.12.2022 [15:38]

Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatı ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “ Heydər Əliyev siyasəti milli sərvətimizdir,, mövzusunda YAP fəalları ilə birlikdə elmi-praktik konfrans keçirdi.

09 dekabr 2022-ci il tarixdə keçirilmiş konfransda  əvvəlcə rayon təşkilatının əməkdaşları və bir qrup YAP fəalı ilə birlikdə Goranboy rayon Heydər Əliyev Parkında  Ulu Öndərin abidəsi önünə tər çiçəklər qoyulması ilə başladı. Tədbir iştirakçıları sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və yaradıclığını əks etdirən şəkillərə və video çarxa baxdılar.

Tədbir sonra  Goranboy rayon Heydər Əliyev Mərkəzində  davam etdirilimişdir.

Tədbirə başlamazdan əvvəl Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyevin, dünyasını dəyişmiş YAP üzvlərinin və Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri giriş sözü ilə YAP Goranboy  rayon təşkilatının sədri Elçin İsmayılov  açaraq  müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 19 il keçdiyini xatırladaraq, qeyri-adi şəxsiyyəti, zəngin dövlətçilik təcrübəsi, fenomenal siyasi bacarığı, böyük istedadı ilə fərqlənən xarizmatik lider Heydər Əliyevin hələ sağlığında canlı əfsanəyə çevrildiyini və öz şah əsəri olan müstəqil Azərbaycanı bütün dünyada şərəf və ləyaqətlə təmsil etdiyini bildirdi. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı olduğuna diqqət çəkən rayon təşkilatının sədri  işğal altında olan torpaqlarımızın azad olunması istiqamətində Heydər Əliyev tərəfindən sistemli və məqsədyönlü fəaliyyətin əsasının qoyulduğunu bildirib. Bu missiyanın Ümummilli Liderin parlaq ideyalarının davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı zəfəri ilə başa çatdırıldığını deyib.

Konfransda həmçinin  YAP fəalları Fizuli Almuradov , Sənəm Alxasova, çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə  təhsil və səhiyyə sahəsində aparılan islahatlardan, qazanılan nailiyyətlərdən danışdılar. Çıxış edənlər həmçinin Azərbaycanın xilaskarı, YAP-ın qurucusu ulu öndər Heydər Əliyevin şərəfli həyat yolundan, xalqı, vətəni üçün misilsiz tarixi xidmətlərindən ürəkdolusu danışmış, bugünkü qüdrətli Azərbaycanın xoş gələcəyindən söhbət açmışlar. Çıxış edənlər eyni zamanda bildirdilər ki, Heydər Əliyev siyasi kursu bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla, dövrün və zamanın tələbinə uyğun yaradıcılıqla davam etdirilir. Heydər Əliyev dahi bir şəxsiyyət kimi, böyük ideyaların müəllifi kimi nəsildən-nəslə keçərək Azərbaycan xalqının qəlbində daimi yaşayacaqdır.

Paylaş:
Baxılıb: 170 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

MEDİA

Xarici siyasət

Xəbər lenti

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Dövlətin memarı

08 İyun 10:05

Gündəm

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30