“Human Rights Watch” kimə xidmət edir?
18.01.2023 [11:06]
Təşkilatın ölkəmizə qarşı qərəzli mövqeyi ənənə halını alıb1994-cü ildə “Human Rights Watch” ermənilərin azərbaycanlı hərbi əsirlərin orqanlarının çıxarılması yolu ilə qətlə yetirilməsinə dair faktlara söykənən hesabat hazırlayıb saytında yerləşdirmişdi. Bu gün isə həmin hesabat təşkilatın saytından çıxarılıb.
Nardar BAYRAMLI
Erməni lobbisinin təsiri altında olan “Human Rights Watch” təşkilatı Azərbaycana qarşı qərəzli mövqeyini davam etdirir. Təşkilat 2022-ci ilin yekununa dair hesabatında da ölkəmizə münasibətdə qeyri-obyektiv münasibət sərgiləyib. Belə ki, “Human Rights Watch” ənənəsinə sadiq qalaraq guya Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyətin yaxşı olmadığını iddia edib, hətta ötən il baş vermiş erməni təxribatlarına görə ölkəmizi günahlandırıb. Maraqlıdır ki, bu təşkilat torpaqlarımızın 30 il işğal altında olduğu dövrdə Ermənistanı heç vaxt qınamayıb, əksinə qondarma “DQR”i öz hesabatlarında “müstəqil dövlət” kimi təqdim etməyə çalışıb. Bu faktlar “Human Rights Watch”un erməni lobbisinin sifarişi əsasında işlədiyini sübut edir.
Ombudsman təşkilata cavab verib
Artıq Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva təşkilatın iddialarına cavab verib. Bildirilib ki, beynəlxalq qeyri-hökumət təşkilatları tərəfindən hazırlanan hesabat və bəyanatlar qərəzsiz, ədalətli və ikili standartlardan uzaq olmalıdır. Amma təəssüflər olsun ki, həmişə olduğu kimi “Human Rights Watch” sosial şəbəkələrdə əsassız və qərəzli məlumatlar yaymaqla, habelə bu kimi əsassız məlumatları öz illik hesabatlarında əks etdirməklə Azərbaycana qarşı qərəzli yanaşmasını davam etdirir. “Human Rights Watch” 2022-ci il üzrə hesabatında Ermənistanla Azərbaycan arasında artıq həll edilmiş hərbi münaqişəni hələ də həll olunmamış münaqişə kimi qeyd edərək, bu məsələyə öz real yanaşmasını göstərir. Habelə sözügedən beynəlxalq qeyri-hökumət təşkilatı öz hesabatında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirməklə beynəlxalq hüququn ümumtanınmış norma və prinsiplərini də heçə sayır. Halbuki “Human Rights Watch” obyektiv araşdırma aparmağa səy göstərmiş olsaydı, o zaman Ermənistanın işğalından azad edildikdən sonra Azərbaycanın beynəlxalq səviyyədə tanınmış həmin ərazilərində sürətlə bərpa və tikinti işlərinin aparıldığını görmüş olardı. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr tarixində imzaladıqları üçtərəfli Bəyanatdan indiyədək Azərbaycan tərəfindən ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni millətinə mənsub hər hansı bir şəxsin həyatına təhlükə yarada biləcək heç bir hadisə törədilməyib.
Qeyd olunub ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi 30 ilə yaxın Ermənistanın işğalı altında olub və bu işğal nəticəsində bir milyonadək insan məcburi köçkün vəziyyətinə düşüb. Birinci Qarabağ müharibəsindən indiyədək 4000-ə yaxın azərbaycanlı itkin hesab olunur və Ermənistan onların taleləri barədə ailələrinə hansısa bir məlumat verməkdən boyun qaçırır. Nəyə görə “Human Rights Watch” bu cür kobud insan hüquqları pozuntusunun bərpası üçün onu dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədilə hər hansı bir təşəbbüslə çıxış etməyib?
Mina terroru “Human Rights Watch”u maraqlandırmır
Azərbaycanın işğal olunmuş əraziləri azad edildikdən sonra Ermənistan tərəfindən həmin ərazilərə dinc əhalinin həyatına təhlükə yaradan yüz minlərlə minanın basdırıldığı aşkar edilib. “Human Rights Watch” isə öz hesabatında yalnız Azərbaycan Baş prokurorunun 2022-ci il oktyabr tarixli bəyanatında qeyd edilmiş “2020-ci il 10 noyabr bəyanatından 2022-ci il oktyabrın ortalarına kimi Qarabağda mina partlaması nəticəsində 34 mülki şəxsin həlak olması, ətraf ərazilərdə isə daha 80 nəfərin yaralanması” faktına istinad edir. Təəssüflə qeyd edilməlidir ki, mina partlayışları nəticəsində həyatını itirən və ya yaralanan mülki vətəndaşların sayı ötən oktyabr ayından etibarən artıb. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra ümumilikdə 274 nəfər minaya düşüb, 36-sı dinc sakin olmaqla 46 nəfər həlak olub. Qəribəsi odur ki, “Human Rights Watch” bu ərazilərin işğalı zamanı bu minaların basdırılmasında bilavasitə iştirak edən və işarələnməmiş minalı ərazilərin dəqiq xəritəsini verməkdən imtina edən Ermənistan rəhbərliyinin adını heç vaxt qeyd etmir.
Diqqətə çatdırılıb ki, müharibə və postmüharibə dövrlərində Ermənistan tərəfindən beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq norma və prinsiplərinin pozulması faktları ilə bağlı bir çox hesabatlar hazırlanaraq müvafiq beynəlxalq insan hüquqları təşkilatlarına göndərilib. Ombudsman mina problemi ilə bağlı öz xüsusi hesabatında mina təhlükəsi haqqında ətraflı məlumat verib və regionda sülh quruculuğu prosesinə xələl gətirən bu problemin tezliklə həll edilməsinin vacibliyini vurğulayıb. Bu hesabat bütün müvafiq beynəlxalq insan hüquqları təşkilatlarına, eləcə də “Human Rights Watch” kimi beynəlxalq qeyri-hökumət təşkilatlarına da göndərilib. Azərbaycan ombudsmanı dəfələrlə öz bəyanatlarında müharibədən sonrakı dövrdə Ermənistan tərəfindən dəstəklənən, Azərbaycana qarşı regionda sülhü təhdid edən təxribat xarakterli əməlləri qınayıb. Təəssüf ki, “Human Rights Watch” həmin bəyanatlarda qeyd edilən insan hüquqları pozuntularını araşdırmaq üçün heç vaxt hər hansı bir addım atmır və əksinə, qərəzli hesabatlar yaymaqda davam edir.
Təşkilat müstəqil deyil
Demokratiya və İnsan Hüquqları komitəsinin sədri Çingiz Qənizadə isə bildirib ki, “Human Rights Watch” təşkilatı hər il hazırladığı hesabatlarda ölkəmizə qarşı qərəzli yanaşır. Onun sözlərinə görə, budəfəki hesabatda bəhs olunan, Azərbaycanda saxlanılan erməni hərbçilərə Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri baş çəkir, görüşürlər. Həmin ermənilərin öz ailələri ilə telefon və video görüntü vasitəsilə əlaqə saxlamalarına şərait yaradılırsa, Azərbaycan Ombudsmanı mütəmadi olaraq onlara baş çəkirsə və onların pis rəftara, işgəncəyə məruz qalmaları ilə bağlı hər hansı fakt beynəlxalq təşkilatların özləri tərəfindən qeydə alınmayıbsa, o zaman “Human Rights Watch” təşkilatının bu hesabat məlumatlarını hardan aldığı maraqlıdır. Təbii ki, onların iddiaları tamamilə əsassızdır.
Ç.Qənizadə qeyd edib ki, Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan tərəfindən 4 minə yaxın itkin düşmüş, taleyi məlum olmayan şəxslər barədə “Human Rights Watch” təşkilatı indiyə qədər hesabatlarında yazmayıb. Halbuki çoxsaylı faktlarla sübut olunub ki, əsirlərimizə qarşı Ermənistan tərəfindən daim pis rəftar olunub, onlara ağır işgəncələr verilib. Bütün bunlar isə beynəlxalq konvensiyaların tələblərinin pozulmasıdır. Hüquq müdafiəçisi xatırladıb ki, 1994-cü ildə “Human Rights Watch” ermənilərin azərbaycanlı hərbi əsirlərin orqanlarının çıxarılması yolu ilə qətlə yetirilməsinə dair faktlara söykənən hesabat hazırlayıb saytında yerləşdirmişdi. Bu gün isə həmin hesabat təşkilatın saytından çıxarılıb. Bu fakt təsdiqləyir ki, təşkilat ermənilərin marağına xidmət edir. “Niyə “Human Rights Watch” təşkilatı Azərbaycana qarşı qərəzlidir? Çünki onlar müstəqil deyillər” - deyən Ç.Qənizadənin sözlərinə görə, Azərbaycanın hüquq müdafiə təşkilatları bu hesabatı qətiyyətlə pisləyir.
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
05 Fevral 22:33

Xəbər lenti
05 Fevral 21:57

Xəbər lenti
05 Fevral 18:00

Xəbər lenti
05 Fevral 17:37

Xəbər lenti
05 Fevral 14:28

Dünya
05 Fevral 13:49

Xəbər lenti
05 Fevral 13:09

Dünya
05 Fevral 13:00

Xəbər lenti
05 Fevral 12:53

Xəbər lenti
05 Fevral 12:16

Dünya
05 Fevral 11:38

Xəbər lenti
05 Fevral 11:00

Xəbər lenti
05 Fevral 10:43

Xəbər lenti
04 Fevral 17:55

Xəbər lenti
04 Fevral 16:07

Xəbər lenti
04 Fevral 16:04

Xəbər lenti
04 Fevral 15:05

Xəbər lenti
04 Fevral 15:02

Xəbər lenti
04 Fevral 14:59

Xəbər lenti
04 Fevral 13:34

Xəbər lenti
04 Fevral 12:36

Xəbər lenti
04 Fevral 12:34

Xəbər lenti
04 Fevral 11:52

Xəbər lenti
04 Fevral 11:30

Xəbər lenti
04 Fevral 11:15

MEDİA
04 Fevral 11:00

Sosial
04 Fevral 10:51

Xəbər lenti
04 Fevral 10:46

Sosial
04 Fevral 10:44

Analitik
04 Fevral 10:40

Siyasət
04 Fevral 10:34

Siyasət
04 Fevral 10:24

Gündəm
04 Fevral 10:21

Siyasət
04 Fevral 10:17

Siyasət
04 Fevral 10:14

Xəbər lenti
03 Fevral 21:22

Xəbər lenti
03 Fevral 19:40

Xəbər lenti
03 Fevral 18:08

Xəbər lenti
03 Fevral 17:34

Xəbər lenti
03 Fevral 17:00

Maraqlı
03 Fevral 16:44

Xəbər lenti
03 Fevral 16:18

Siyasət
03 Fevral 15:31

Dünya
03 Fevral 15:22

Xəbər lenti
03 Fevral 15:09

Xəbər lenti
03 Fevral 14:55

İqtisadiyyat
03 Fevral 14:53

Xəbər lenti
03 Fevral 14:20

Maraqlı
03 Fevral 14:19

Xəbər lenti
03 Fevral 13:18

Xəbər lenti
03 Fevral 13:16

Xəbər lenti
03 Fevral 13:10

Xəbər lenti
03 Fevral 13:07

Xəbər lenti
03 Fevral 12:48

Xəbər lenti
03 Fevral 12:39

Xəbər lenti
03 Fevral 12:35

İqtisadiyyat
03 Fevral 12:04

Xəbər lenti
03 Fevral 12:03

Xəbər lenti
03 Fevral 12:01

Xəbər lenti
03 Fevral 12:00

Xəbər lenti
03 Fevral 11:57

Xəbər lenti
03 Fevral 11:50

Xəbər lenti
03 Fevral 11:47

İqtisadiyyat
03 Fevral 11:16

Xəbər lenti
03 Fevral 11:14

Xəbər lenti
03 Fevral 11:03

Xəbər lenti
03 Fevral 11:02

Sosial
03 Fevral 11:00

Xəbər lenti
03 Fevral 10:58

Ədəbiyyat
03 Fevral 10:56
