Slovakiyada konstitusiya dəyişiklikləri ilə bağlı referendum baş tutmayıb
22.01.2023 [15:45]
Slovakiyada yanvarın 21-də konstitusiya dəyişiklikləri ilə bağlı referendum baş tutmayıb.
AZƏRTAC xəbər verir ki, referendumun hüquqi qüvvəyə malik olması üçün tələb olunan seçicilərin azı 50 faizinin iştirakı baş verməyib, referendumda əhalinin 27,25 faizi iştirak edib.
Referendumda iştirak edənlərin 97,5 faizi konstitusiya dəyişikliyinə tərəfdar olsalar da, bu nəticə qanunvericilikdə dəyişiklik üçün formal olaraq heç bir əhəmiyyət daşımayacaq. Müxalifət partiyalarının təşəbbüsü ilə ümumxalq səsverməsinə çıxarılan məsələ, digər Avropa ölkələrində olduğu kimi, növbədənkənar və ya erkən parlament seçkilərinə getməyə icazə verən dəyişiklik olub. Mövcud Slovakiya Konstitusiyasına əsasən, dörd il müddətinə seçilmiş parlament hökumət istefaya getdiyində və yeni koalisiya üçün parlamentdə səs çoxluğu olmadığında belə növbədənkənar seçkilərə gedə bilməz. Ölkənin Konstitusiya Məhkəməsi 2021-ci ildə növbədənkənar seçkilərin hazırkı qanunvericiliklə mümkün olmadığını təsbit etmiş, lakin eyni zamanda konstitusiya dəyişikliyini tövsiyə etmişdi. Bunun ardınca müxalifət partiyaları ötən ilin yayında 400 min seçici imzası toplayaraq referendum keçirilməsinə nail olmuşdu.
Qeyd edilməlidir ki, hazırda Slovakiyada hökumət böhranı yaşanır. Ötən ilin dekabr ayında baş nazir Eduard Heqerin rəhbərlik etdiyi hökumət parlamentdə səs çoxluğunu itirib. Dövlət başçısı Zuzana Çaputova baş nazir vəzifəsinin icraçısı kimi hökumətə rəhbərlik etməyi həvalə etmiş və parlamenti yanvarın sonunadək konstitusiya dəyişikliyi sayəsində yeni seçkilərə getməyə çağırmışdır. Konstitusiya dəyişikliyinin qeyri-mümkün olduğu indiki şəraitdə hökumət böhranının daha da dərinləşəcəyi gözlənilir və gələn ilin fevral ayında keçirilməli olan parlament seçkilərinə kimi bir illik dövrdə hökumət işinin necə təşkil ediləcəyi sual doğurur.
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
02 Fevral 17:48

Xəbər lenti
02 Fevral 17:47

Xəbər lenti
02 Fevral 17:44

Xəbər lenti
02 Fevral 17:35

Siyasət
02 Fevral 17:27

YAP xəbərləri
02 Fevral 17:07

Xəbər lenti
02 Fevral 16:48

Xəbər lenti
02 Fevral 16:36

Xəbər lenti
02 Fevral 16:25

Xəbər lenti
02 Fevral 16:24

Xəbər lenti
02 Fevral 16:11

Dünya
02 Fevral 16:08

Xəbər lenti
02 Fevral 15:57

Gündəm
02 Fevral 15:47

Dünya
02 Fevral 15:34

Siyasət
02 Fevral 15:15

Siyasət
02 Fevral 15:14

Turizm
02 Fevral 15:13

Xəbər lenti
02 Fevral 15:07

Xəbər lenti
02 Fevral 15:06

Xəbər lenti
02 Fevral 14:42

İqtisadiyyat
02 Fevral 14:36

Gündəm
02 Fevral 13:37

Xəbər lenti
02 Fevral 13:35

Maraqlı
02 Fevral 13:26

Xəbər lenti
02 Fevral 13:06

Xəbər lenti
02 Fevral 12:57

Xəbər lenti
02 Fevral 12:28

Xəbər lenti
02 Fevral 12:23

Xəbər lenti
02 Fevral 11:50

Xəbər lenti
02 Fevral 11:48

Xəbər lenti
02 Fevral 11:38

Xəbər lenti
02 Fevral 11:31

Xəbər lenti
02 Fevral 11:19

Xəbər lenti
02 Fevral 11:17

İqtisadiyyat
02 Fevral 11:02

Mədəniyyət
02 Fevral 11:00

Xəbər lenti
02 Fevral 10:59

Xarici siyasət
02 Fevral 10:56

Xarici siyasət
02 Fevral 10:53

İqtisadiyyat
02 Fevral 10:51

Analitik
02 Fevral 10:49

MEDİA
02 Fevral 10:46

Xəbər lenti
02 Fevral 10:44

Xəbər lenti
02 Fevral 10:41

Siyasət
02 Fevral 10:38

Xəbər lenti
02 Fevral 10:35

Siyasət
02 Fevral 10:24

Gündəm
02 Fevral 10:19

Gündəm
02 Fevral 10:08

Xəbər lenti
02 Fevral 09:33

Xəbər lenti
02 Fevral 09:31

Xəbər lenti
02 Fevral 09:28

Xəbər lenti
01 Fevral 23:17

Xəbər lenti
01 Fevral 23:00

Xəbər lenti
01 Fevral 20:43

Xəbər lenti
01 Fevral 19:24

Formula 1
01 Fevral 19:21

Xəbər lenti
01 Fevral 17:56

Xəbər lenti
01 Fevral 17:51

Sosial
01 Fevral 17:47

Xəbər lenti
01 Fevral 17:45

Xəbər lenti
01 Fevral 17:43

Xəbər lenti
01 Fevral 16:53

Xəbər lenti
01 Fevral 16:50

Xəbər lenti
01 Fevral 16:31

Xəbər lenti
01 Fevral 16:19

Xəbər lenti
01 Fevral 16:12

Xəbər lenti
01 Fevral 16:03

Xəbər lenti
01 Fevral 15:50
