Tehranın riyakar siyasəti və bumeranq effekti – TƏHLİL
01.02.2023 [15:50]
Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum bir çox məsələlərin üzərinə yenidən işıq saldı. Xüsusilə də, Tehran rejiminin anti-Azərbaycan siyasəti bir daha ifşa olundu.
Ekspertlərin qənaəti budur ki, səfirliyə edilmiş hücum sadəcə Vyana və Cenevrə konvensiyalarının pozulması, terror aktı deyil, həm də son dövrlərdə, xüsusilə də İkinci Qarabağ müharibəsində qazandığımız Qələbədən sonra İranın ölkəmizə qarşı isterika vəziyyətində həyata keçirdiyi riyakar siyasətin növbəti elementidir.
Halbuki tarixi Zəfər qazanaraq ərazi bütövlüyünü bərpa edən Azərbaycan İranla münasibətlərdə tamamilə yeni bir səhifə açmaq niyyətində idi. Xüsusilə də, qələbədən dərhal sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xudafərin körpüsünü “dostluq körpüsü” adlandırmasını rəsmi Tehran ona uzadılan dost əli kimi qiymətləndirməliydi. Amma bu ölkə Azərbaycanın sərhəd təhlükəsizliyini təmin etməsindən narahatlıq duyaraq bunu İranın “qırmızı xətti” kimi dəyərləndirməklə, sərhədlərimizin yaxınlığında hərbi təlimlər keçirməklə, necə deyərlər, körpüləri yandırdı. Bundan sonra bir-birinin ardınca yeni istehsalına başladıqları PUA-larla məğlub Ermənistan ordusunu silahlandırmaları, Qafanda tələm-tələsik konsulluq açmaları, Tehranla İrəvan arasında qardaşlaşma müqaviləsinin imzalanması və İran mediasında Azərbaycan əleyhinə aparılan qarayaxma kampaniyasının şiddətlənməsi reallıqların nədən ibarət olduğunu göstərdi. Nəhayət, bu dövlətin Allahın evində - məsciddə donuz saxlayan, müsəlmanlara qarşı misli görünməmiş terror aktları, soyqırımı törətmiş ermənilərə qucaq açması İranın adında daşıdığı İslamla heç bir əlaqəsi olmadığını, dindən siyasi maraqları təmin etmək üçün riyakarcasına istifadə etdiyini göstərir. Bəli, görünən dağa bələdçi lazım deyil: fars rejimi üçün siyasi mənfəət dini dəyərlərdən üstündür.
Heç şübhəsiz, isterika və geosiyasi təcrid vəziyyətində olan, sanksiya əsirinə çevrilmiş İranın dağıdıcı mövqeyi və qeyri-adekvat siyasəti regionda reallıqları dəyişə, proseslərə yön verə bilməz. Tehran bu reallığı nə qədər tez dərk etsə, bir o qədər özü üçün faydalı olar. Əks halda, bumeranq effekti, yaxud yeni geosiyasi zəlzələlər İranın ciddi dağıntılar altında qalmasına səbəb ola bilər. Hər halda, düşünmək vaxtıdır. Amma təkcə düşünmək yetməz..!
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

