İran çətin durumda...
11.02.2023 [11:23]
Sanksiyalar genişlənir
Nicat Dilqəmli
Sanksiyalar dalğasında boğulan İran öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə beynəlxalq aləm tərəfindən yeni qadağalara məruz qalıb. Belə ki, ABŞ İrana qarşı sanksiyaları növbəti dəfə genişləndirib. Bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında deyilir. Bildirilib ki, yeni sanksiyalar İranın neft-kimya sahəsi ilə məşğul olan şirkətlər daxil olmaqla, 9 şirkətə qarşı tətbiq olunub.
Sanksiya tətbiq edilən şirkətlər arasında İranın ən böyük polietilen istehsalçısı olan “Amir Kabir Petrochemical Company” də var.
Politoloji təhlillər onu deməyə əsas verir ki, bir çox sahədə onsuz da çətin durumda olan İran yeni sanksiyaların tətbiqi ilə daha da dalana dirənəcək. Bütün bunlar da nəticə etibarı ilə İranın uçuruma yuvarlandığını çox aydın şəkildə göstərmiş olur.
Mövzu ilə bağlı “Yeni Azərbaycan” qəzetinə danışan politoloq Tural İsmayılov İrana qarşı tətbiq edilən sanksiyaların həcminin daha da genişlənəcəyindən əminliyini bildirib: “Çünki İran nüvə danışıqları ilə bağlı üzərinə götürdüyü öhdəliklərin heç birinə əməl etmir. Bu gün İranın dünya siyasi təhlükəsizliyi üçün böyük bir təhdid olması hər kəs tərəfindən qəbul edilən bir məsələdir. MAQATE ilə İranın danışıqları İranın təxribatları ucbatından təxirə salınıb, İran uranın zənginləşdirilməsindən bir an belə olsun, geri çəkilməyib”.
Siyasi şərhçi beynəlxalq aləmin İrana qarşı tətbiq etdiyi sanksiyaları loyal qiymətləndirərək qeyd edib ki, sanksiyalar daha geniş və sərt xarakter daşımalıdır: “Və bütün bunların nəticəsində bu gün çox böyük bir ədalətsizlik baş verir. Bunun da əsas göstəricilərindən biri də ondan ibarətdir ki, dünya İrana qarşı lazım olan sanksiyaları daha da sərtləşdirmir”.
T.İsmayılov sonuncu sanksiyaların hər bir halda İran üçün böyük mənada iqtisadi şoklar və kataklizmlər yaradacağına əminliyini də ifadə edib: “Onsuz da gərgin olan daxili vəziyyət, sosial problemlər, iqtisadi xaos və eyni zamanda, İranın gələcək yönümlü pozitiv nəticələr doğuran təhlil və siyasətinin olmaması proseslərin daha da pisləşməsinə səbəb olacaq. Gözləntilər əsasən İranın bu sahədə hansısa yumşalmalara getməsi ilə bağlıdır. Çünki hər nə qədər İran ortaya “mövqe” qoymağa çalışsa da, tətbiq edilən bu qadağalardan sonra ölkənin ixrac və idxal qabiliyyəti daha da dalana dirənəcək ki, hazırkı fonda xalqa hansısa vədlər vermək yerinə belə çıxılmaz duruma düşmək İranın mollakratiya rejiminin vəziyyətini daha da qəlizləşdirəcək”.
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

