Prezidentin köməkçisi Anar Ələkbərov Çinin xarici işlər nazirinin müavini ilə görüşüb
19.04.2023 [13:21]
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Çin Xalq Respublikasının xarici işlər nazirinin müavini Ma Caosyü ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Ma Caosyü təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan-Çin əlaqələrinin hazırda dövlətlərimizin başçıları sayəsində bütün sahələrdə inkişaf etdiyini, strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib. O, Azərbaycanın və Çinin dövlət başçılarının Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin son Sammiti çərçivəsində görüşünün əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətinə toxunub. Azərbaycan-Çin münasibətlərinin genişlənməsində Heydər Əliyev Fondunun Çində həyata keçirdiyi humanitar və mədəni layihələrin, həmçinin Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyası arasındakı əməkdaşlığın və ölkələrimizin səfirliklərinin fəaliyyətinin əhəmiyyəti vurğulanıb.
Azərbaycan nümayəndə heyətinin pandemiyadan sonra Çin Xalq Respublikasına səfər edən ilk heyətlərdən olduğunu bildirən Ma Caosyü Azərbaycanın Çinin bütün təşəbbüslərinə daim müsbət reaksiya göstərdiyini, “Bir kəmər, bir yol” təşəbbüsünə verdiyi töhfələri qeyd edib.
O, münasibətlərimizin daha da genişlənməsi üçün bütün dövlət qurumları, qeyri-hökumət təşkilatları və özəl sektor arasında əlaqələrin qurulmasının əhəmiyyətindən danışıb. Nazir müavini Çin Xalq Respublikasının Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini diqqətə çatdıraraq ölkəmizə sülh arzulayıb.
Anar Ələkbərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikası ilə münasibətlərə hər zaman önəm və dəstək verdiyini, ikitərəfli əlaqələrin inkişafına çalışdığını bildirib.
Azərbaycanın turizm potensialı, işğaldan azad olunan ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, o cümlədən digər bölgələrimizdəki layihələrdə Çin sərmayədarları və şirkətləri üçün imkanların mövcudluğu barədə məlumat verilib. Heydər Əliyev Fondunun Çində həyata keçirdiyi humanitar və mədəni layihələrin gələcəkdə də davam etdirəcəyini bildirən Anar Ələkbərov dövlət qurumlarının da Çin ilə əməkdaşlığa yüksək maraq göstərdiyini qeyd edib və Azərbaycan dövlətinin hər zaman “Vahid Çin” prinsipinə dəstək verdiyini vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14

