İranda azərbaycanafobiya
26.04.2023 [13:41]
Özünü İslam dövləti adlandıran İranın işğalçı, monoetnik dövlət olan Ermənistana rəğbətinin fonunda burada müşahidə edilən və deyə bilərik ki, dövlət siyasəti səviyyəsinə yüksələn azərbaycanafobiya dərin təəssüf doğurur. İranın ərazisinin böyük bir hissəsində sayları təxminən 40 milyona çatan Azərbaycan türkü yaşayır. Onlar bu yerlərin aboregen sakinləridirlər. Azərbaycanlıları özünün qorxulu röyası sanan mollakratiya soydaşlarımıza qarşı repressiv siyasət həyata keçirir. İranda azərbaycanafobiya siyasəti bir neçə istiqamətdə təzahür edir.
-Birincisi, İranda azərbaycanlılar yaşayan vilayətlərin etnik tərkibinin dəyişdirilməsinə nail olmaqdan ötrü ən müxtəlif variantlara əl atılır. Belə ki, həmin bölgələrdə iqtisadi layihələr reallaşdırılmır, ekoloji və sosial gərginliklər yaradılır. İran hakimiyyətinin Cənubi Azərbaycanın yeraltı və yerüstü sərvətlərini istismar edərək əldə olunan vəsaitləri farsdilli sayılan əyalətlərin abadlaşmasına və inkişafına yönəltməsinə dair çoxsaylı faktlar var. Eyni zamanda, atom-nüvə proqramında istifadə olunan radioaktiv tullantılarının azərbaycanlılar yaşayan vilayətlərdə basdırılmasına dair təkzibolunmaz məlumatlar yayılıb. Bu səbəbdən həmin bölgələrdə xərçəng xəstələrinin sayının çoxaldığı da qeydə alınıb.
İran hakimiyyətinin gizli planına əsasən azərbaycanlıların rəmzlərindən birinə çevrilən Urmiya gölü quruyur. Ümumilikdə, 13 iri və çoxlu sayda kiçik çayın töküldüyü bu su hövzəsi çox zəngin flora və faunası ilə tanınırdı. Burada nadir heyvanlar və bitkilər var idi. Urmiya gölünün sahilləri Təbriz, Urmiya, Xoy, Marağa, Qoşaçay, Soyuqbulaq, Xana, Salmas, Uşnu və Sulduz kimi bölgələri əhatə etməklə Güney Azərbaycanın torpaqlarının beşdə birini təşkil edir. Urmiya gölü ətrafda yaşayan azərbaycanlılar üçün həyat, dolanışıq mənbəyi idi. İndi insanlar bu mənbədən məhrum qalıblar və ekoloji fəlakətlə üzləşiblər. Bütün bunlar insanların bezdirilməsinə hesablanıb, yerli sakinlər - azərbaycanlılar yurd yerlərini tərk etmək məcburiyyətində qalırlar.
-İkincisi, azərbaycanlılar yaşayan bölgələrdə insanların dövlətin sosial qayğısından kənarda qalmaları. Buna ən son nümunə kimi, cari ilin yanvarında baş verən zəlzələnin dağıdıcı təsirlərinə məruz qalan azərbaycanlılara yardım göstərilməməsini nümunə çəkə bilərik. Zəlzələnin ən dağıdıcı təsirləri əsasən azərbaycanlıların yaşadıqları Xoyda və bu şəhərə bitişik yaşayış məntəqələrində qeydə alınıb. Dağıntıların miqyası böyükdür. Ancaq zəlzələdən sonrakı ilk günlərdə İran hakimiyyəti adekvat davranış ortaya qoymadı. Rəsmi KİV informasiyaları çox xəsisliklə yaydı. Hər şeydən görünürdü ki, ölkənin hakimiyyət dairələri zəlzələnin miqyasını məqsədli şəkildə gizlətməyə çalışır. Eyni zamanda, rejim zəlzələnin fəsadları ilə üzləşən insanlara kömək göstərməyə əsla tələsmədi. Zəlzələ fəsadları ilə üzləşən Xoy İranın unudulmuş bölgəsi kimi görünürdü.
-Üçüncüsü, İran rejiminin azərbaycanlıların mədəni və təhsil hüquqlarını tanımaması. Şovinist mollakratiya azərbaycanlıların milli ruhunu öldürmək, onları öz köklərindən ayırmaq üçün əlindən gələn hər şeyi edir. İranda Azərbaycan dilində məktəblərin açılmaması, qəzet və jurnalların nəşrinə imkan verilməməsi bunu əyani şəkildə təsdiqləyir. Bir qədər bundan əvvəl rejimin siyasi iradəsi əsasında Təbriz Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycanşünaslıq Mərkəzi bağlanıb. Bu barədə mərkəzin sosial şəbəkədəki səhifəsində bildirilib. Təbriz Universitetinin nəzdindəki Azərbaycanşünaslıq Mərkəzinin fəaliyyətinə xitam verilməsi mollakratiyanın İranda uzun illərdir ki, davam etdirdiyi bu ölkədə yaşayan azərbaycanlıların təqib edilməsi, diskriminasiyaya məruz qoyulması siyasətinin tərkib hissəsi anlamına gəlir.
Mübariz Feyizli
Xəbər lenti
Hamısına baxHadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53

