Normallaşma prosesi koordinasiyalı şəkildə aparılır
04.05.2023 [14:39]
Azərbaycan ilə Türkiyə strateji müttəfiq olaraq bütün sferalarda bir-birlərinin maraqlarını qoruyurlar. Hətta Ermənsitanla münasibətlərin normallaşması prosesi belə qarşılıqlı məsləhətləşmələr müstəvisində inkişaf edir. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV-yə müsahibəsində bir daha təsdiqləyib. O bildirib ki, Ermənistanla münasibətlərin normallaşdırılması prosesini Azərbaycanla koordinasiya edirik. “Biz Ermənistanla dialoqa başlayarkən nə Ermənistan bizə qondarma “soyqırımı” qəbul edin deyib, nə də biz onlara bundan vaz keçin demişik”, - nazir qeyd edib. Türkiyə XİN rəhbəri vurğulayıb ki, İrəvanda “Nemezis” əməliyyatına abidə ucaldılması ilə Ermənistan xoşniyyətli olmadığını göstərir.
Yeri gəlmişkən, ABŞ-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında aparılan danışıqlar raundunda Ermənistan parlamentinin vitse-spikeri, Türkiyə ilə danışıqlara rəhbərlik edən Ruben Rubinyan da iştirak edir. Təbii ki, Rubinyanın ABŞ-dakı danışıqlarda iştirakı Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesinin həm də Azərbaycanla rəsmi İrəvanın apardığı danışıqların nəticəsindən asılı olduğunu göstərir. Təsadüfi deyil ki, rəsmi Ankara dəfələrlə bu məsələ ilə bağlı açıq mövqe ortaya qoyub: istər münasibətlərin normallaşması, istərsə də hansısa razılıqların əldə olunması prosesi Azərbaycanla qarşılıqlı məsləhətləşmələr fonunda aparılır. Türkiyə hər zaman birmənalı şəkildə bu prosesdə Azərbaycanın maraqları çərçivəsində hərəkət edəcəyini açıqlayıb. Hələ ötən ilin avqustunda Ankarada keçirilən “Səfirlər konfransı”nda çıxış edən Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu bildirmişdi ki, Azərbaycanın Zəfərinin yaratdığı münbit şəraitdən davamlı sülh üçün istifadə edirik. Xüsusi nümayəndələrimiz Ermənistanla danışıqları davam etdirirlər: “Son günlər bölgədə baş verən gərginlik mövcud sabitliyin nə qədər kövrək olduğunu göstərdi. Dost da, düşmən də bilsin ki, Can Azərbaycan heç zaman yalnız deyil!”
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

