Suriya uğrunda nüfuz savaşı: Səudiyyə, yoxsa İran?
05.05.2023 [14:44]
Dəməşq diplomatik səylər burulğanının mərkəzinə çevrilib. Suriyanın Ərəb Liqasına üzvlüyü məsələsi mayın 1-də ərəb diplomatlarının İordaniyada keçirilən görüşündə müzakirə olunub. Səudiyyə Ərəbistanı, Misir və İraqın xarici işlər nazirləri suriyalı həmkarları ilə görüşmək üçün Omana gəliblər.
Ərəb ölkələrinə Suriyada əsas söz sahibi olduğunu xatırlatmaq üçün İran prezidenti İbrahim Rəisi də Dəməşqə səfər edib. Xatırladaq ki, bu, son on üç ildə İran rəhbərinin Suriyaya ilk səfəridir.
Bu səfər həm də İranın Səudiyyə Ərəbistanı ilə diplomatik münasibətlərini bərpa etmək məqsədi güdür. Əgər İranla Səudiyyə arasında siyasi istiləşmə baş verərsə, bu, potensial olaraq regiondakı qüvvələrin konfiqurasiyasını dəyişə bilər. Suriya Ərəb Liqasına qayıdacağı təqdirdə İran özünə düşmən bildiyi ölkələrə qarşı indiyə qədərki ənənəvi siyasətini dəyişmək məcburiyyətində qalacaq.
Rəsmi Tehran əslində, Səudiyyə Ərəbistanının Əsəd rejiminə himayədarlıq edəcəyindən narahatdır. Səudiyyənin xarici işlər naziri bin Fərhan aprel ayında Dəməşqə səfər edib və bu, Ərəbistan Xarici İşlər Nazirliyi rəhbərinin Suriyaya 12 ildə ilk səfəri olub. Bundan başqa, Səudiyyə Ərəbistanı Suriyanın Ərəb Liqasının tamhüquqlu üzvlüyünə qaytarılması məsələsini nəzərdən keçirmək üçün Körfəz toplantısını, yəni, Misir zirvə toplantısını təşkil edib. Xatırladaq ki, Səudiyyənin bu cəhdlərini Amerika Birləşmiş Ştatları qəti və açıq etirazla qarşılayıb.
Siyasi ekspertlər düşünürlər ki, Bəşər Əsədə ərəb legitimliyinin verilməsinin ardınca daha geniş beynəlxalq legitimlik də gələ bilər. ABŞ-ın razılığı və ya narazılığı bu məsələdə çox da əhəmiyyət daşımır. Bütün bunlardan əlavə, İranın Suriya məsələsində ərəb ölkələri ilə uğurlu əməkdaşlığı baş tutarsa, İsrailin Yaxın Şərqdə ümid bəslədiyi anti-İran koalisiyasının yaradılması səyləri də puça çıxa bilər.
Görünən budur ki, Səudiyyə Ərəbistanı Suriyanı poliqon olmaqdan qurtarıb, Ər-Riyadın himayəsi altında suveren ölkəyə çevirməyə çalışır.
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

