Türkiyə seçkiləri dünyanın diqqət mərkəzində
20.05.2023 [11:10]
20 illik uğurlu siyasət bundan sonra da davam edəcək
Günel ABBASOVA
Beynəlxalq təhlükəsizlik sisteminin yenidən formalaşdığı və ənənəvi dünya nizamının dəyişdiyi hazırkı mürəkkəb şəraitdə Türkiyə Respublikasında mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci mərhələsi mühüm tarixi hadisə hesab olunur. Seçkilərlə bağlı aparılan obyektiv ictimai rəy sorğularında əsas rəqiblərin tərəfdar sayı təxminən bərabər qiymətləndirilsə də, ölkə miqyaslı on üç seçkinin qalibi, iyirmi illik təcrübəsi və beynəlxalq siyasətdə aktiv rolu və birinci mərhələdə topladığı səslə Rəcəb Tayyib Ərdoğanın öndə olduğu inkarolunmazdır.
Milli Məclisin üzvü Cavid Osmanov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, seçkilərin nəticələri təkcə Türkiyədə deyil, Balkan ölkələrindən Qərbə, Orta Şərqdən Afrikaya, türk dünyasından islam aləminə qədər geniş bir məkanda maraqla izlənilir: “Təkcə Türkiyə üçün deyil, region ölkələrinin maraqları və beynəlxalq siyasətin gələcəyi baxımından 20 illik daxili və xarici siyasətin davam etdirilməsi, yaxud kardinal dəyişməsi dünyada geniş müzakirə olunur. Şübhəsiz, son iyirmi illik dövr Türkiyənin dövlətçilik tarixində ən sürətli dəyişikliklərlə, miqyaslı tranformasiyalarla zəngin olub. Türkiyə dövlətinin konstitusion idarəçilik modelinin dəyişməsi fonunda lider amilinin mühüm faktora çevrilməsi onun qlobal rolunun artmasına mane olan ənənəvi hökumət böhranlarının aradan
qalxması özü ilə bərabər xarici təzyiqləri də artırıb, demokratiya və insan haqları adı altında kənar müdaxilələri intensivləşdirib, etnik-milli qrupların, siyasi və dini cərəyanların toqquşdurulması cəhdlərini artırıb. Lakin Türkiyənin daxili və xarici siyasətinin mərkəzində müstəqil və suveren inkişaf yolu dəyişməyib, xüsusilə də son 20 ildə türk xalqının milli dəyərlər əsasında dünyada mövqeyi güclənib, daha geniş coğrafiyalarda məhz mədəniyyət, din və millət idealları əsasında əməkdaşlıq formatları genişlənib”.
Onun sözlərinə görə, 14 may tarixində keçirilən prezident və parlament seçkiləri təkcə Türkiyədə deyil, regionda və ümumilikdə dünyada maraqla izlənildi: “Türkiyədə keçirilən seçkilər bir daha demokratiya dərsi oldu. Burada seçicilərin aktivliyi, şəffaf seçkilərin keçirilməsi xalqın iradəsini əks etdirən seçki nəticələri göz qabağında oldu. Prezident seçkiləri ikinci tura qaldı və may ayının 28-də Türkiyədə ikinci tur seçkiləri keçiriləcək. İkinci turda artıq Türkiyədə son 20 ildə həyata keçirilən uğurlu siyasət, Türkiyənin dünya miqyasında söz sahibi olması, qüdrətli bir ölkəyə çevrilməsi növbəti illərdə də seçkilərdən sonra da davam edəcək. Çünki bugünkü Türkiyə qədər güclü, öz sözünü deyən ölkə bəlkə də olmayıb. Düşünürəm ki, bu, 20 illik siyasətin, məntiqli addımların bir nəticəsidir. Bu baxımdan demokratik və şəffaf mühitdə keçiriləcək seçkilər Türkiyə xalqının iradəsini özündə əks etdirəcək. Qardaş ölkə Türkiyə bu seçkilərdən hər mənada qalib çıxacaq. Son 20 illik uğurlu siyasəti növbəti illərdə də davam edəcəkdir”.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

