Jurnalistlər üçün təlim keçirilib
23.05.2023 [18:14]
Bu gün ADA Universiteti və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə "Media savadlılığı və dezinformasiya ilə mübarizə" mövzusunda təlim keçirilib. Təlimlərdə müxtəlif kütləvi informasiya vasitələrində fəaliyyət göstərən 20-dən çox jurnalist iştirak edib.
Seminarın birinci hissəsində İsveçrənin “Università Svizzera italiana (USI)” Universitetinin Media menecmenti, media iqtisadiyyatı və media və mədəniyyət sənayesi üzrə professoru Matthew Hibberd media savadlılığının əhəmiyyətindən, dezinformasiya ilə mübarizənin müxtəlif yollarından danışıb. Daha çox nəzəri məlumatlar əsasında çıxış edən professor rəqəmsal savadlılığın hazırkı dövr üçün necə başa düşülməsi, fərqli məzmun alması barədə ətraflı məlumat verib.
Media nümayəndələri üçün təşkil olunan təlimin ikinci hissəsində isə geniş beynəlxalq media təcrübəsinə malik təlimçi, “The European Alliance” Xəbər Agentliyinin baş katibi Alexandru Giboi dezinformasiya ilə mübarizənin praktik yolları barədə geniş mühazirə ilə çıxış edib.
Ümumilikdə təlim sual-cavab şəklində keçirilib, auditoriyanı maraqlandıran məsələlər barədə əlavə məlumatlar verilib.
Təlimin sonunda media savadlılığının əhəmiyyəti ilə bağlı bağlanış nitqi söyləyən MEDİA-nın Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədlinin iştirakı ilə təlimi uğurla başa vuran jurnalistlərə iştirak haqqında sertifikatlar təqdim olunub.
Nicat
Xəbər lenti
Hamısına baxDünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14

