TBMM-in yeni sədri kimdir?
09.06.2023 [10:40]
NARDAR
İyulun 7-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) yeni sədri seçilib. Yeni sədr hakim Ədalət və İnkişaf Partiyasının (AKP) və Milliyyətçi Hərəkat Partiyasının (MHP) birgə namizədi Numan Kurtulmuşdur. Onun bu vəzifəyə namizədlər sırasında əsas rəqibi Cümhuriyyət Xalq Partiyasının (CHP) irəli sürdüyü Ankara millət vəkili Tekin Bingöl olub.
Numan Kurtulmuş Türkiyə parlamentinin spikeri vəzifəsi üçün keçirilən səsvermənin ilk turunda deputatların 317-nin səsini qazanıb. Bu, yetərli olmadığı üçün sədr seçimi ikinci tura qalıb. Bu turda da yetərli say olmayıb. N.Kurtulmuş bu mərhələdə 321 səs ala bilib.
Üçüncü səsvermədə isə o, Türkiyə Böyük Millət Məclisinin sədri seçilib. Qeyd edək ki, buna qədər Numan Kurtulmuş AKP sədrinin birinci müavini və İstanbul millət vəkili idi.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin sədri seçilən Numan Kurtulmuşa zəng vuraraq onu təbrik edib. Bu barədə Ərdoğanın rəsmi sosial şəbəkə hesablarında məlumat paylaşılıb. Prezident yeni qanunvericilik dövrünün uğurlu olmasını arzulayıb: “Türkiyə Böyük Millət Məclisinin sədri seçilən dəyərli yol yoldaşım Numan Kurtulmuşu təbrik edir, ona vəzifəsində uğurlar arzulayıram. Mən ona parlamentin sədri seçildikdən sonra bizləri ziyarət etdiyinə görə təşəkkürümü bildirirəm”.
Kimdir Numan Kurtulmuş? 64 yaşlı Kurtulmuş 23 Mart 1959-cu ildə Ordu vilayətinin Ünye ilçəsində dünyaya gəlib. O, İstanbul İmam Hatip Liseyinin məzunudur. Ali təhsilini İstanbul Universitetində menecment ixtisası üzrə alıb. Bir müddət ABŞ-da və Türkiyədə elmi-pedaqoji fəaliyyətlə məşğul olub. Bir neçə kitab və elmi əsərlərin müəllifidir.
Numan Kurtulmuş siyasətə Fəzilət Partiyasında başlayıb, partiyanın İstanbul təşkilatının sədri, Mərkəzi İdarə Heyətinin üzvü olub. Konstitusiya Məhkəməsinin qərarı ilə bu partiya qapadıldıqdan sonra 2001-ci ildə Səadət Partiyasına üzv olub və 2008-ci ildə partiyanın sədri seçilib. 2010-cu ildə Səadət Partiyasından istefa verərək Xalqın Səsi Partiyasını (HAS) qurub.
2012-ci ildə Rəcəb Tayyib Ərdoğanın təklifi ilə HAS partiyası AKP-yə birləşib. Bundan sonra Kurtulmuş AKP sədrinin müavini, daha sonra Əhməd Davudoğlu və Binəli Yıldırımın baş nazir olduğu dövrdə hökumət başçısının müavini və sözçüsü postunu tutub. Həmçinin Kurtulmuş 2017-2018-ci illərdə Türkiyənin mədəniyyət və turizm naziri kimi də fəaliyyət göstərib. Numan Kurtulmuş 24 iyun 2018-ci ildə keçirilən parlament seçkilərində İstanbul millət vəkili və həmin ilin 18 avqustunda Ədalət və İnkişaf Partiyasının Qurultayında partiya sədrinin birinci müavini seçilib.
Xəbər lenti
Hamısına baxSiyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32

