NATO bütün gücünü Almaniya səmasına “daşıyır”
13.06.2023 [12:35]
Bununla belə, NATOda silahlı toqquşma ehtimalından vaz keçmir - Alyans yeni mərhələ üçün silahlı gücünün “taktiki - strateji” anlamda hansı gücə malik olduğunu həm dəyərləndirmək, həm də nümayiş etdirmək niyyətindədir. İyunun 12-dən başlayaraq Almaniya Hərbi Hava Qüvvələrinin komandanlığı altında başlanan “Air Defender 2023” təlimləri bunu deməyə əsas verir. NATO tarixinin ən genişmiqyaslı hava təlimi kimi dəyərləndirilən tədbirə 250-dən çox helikopter və təyyarə cəlb olunub. Manevrlərdə 25 ölkədən 10 mindən çox hərbçinin iştirakı planlaşdırılıb. “Air Defender 2023” hərbi təliminin bəyan olunan məqsədi isə “havada təhlükəli qüvvə olduğuna dair aydın və güclü siqnal” verməkdir. Bir sıra siyasi-hərbi mütəxəssislərin fikrincə, bu kimi “rəngarəng, ciddi və tam real mənzərəni əks etdirəcək” təlimlər, təlimə cəlb olunan “hava maşınları”nın ən müasir sistemlərə malik olması NATO-nun məqsədlərindən xəbər verir:
- Alyans Avropada tammiqyaslı silahlı münaqişə proqnozlaşdırır;
- Bu kimi taktiki hazırlıq hava hücumundan müdafiə ilə yanaşı, həm də hava hucumu strategiyasının üsullarının işlənib hazırlanmasına xidmət edir;
- Fors-major situasiyalarda hazırlıqsız yaxalanmalardan yayınmaq məqsədlidir;
- Əlindəki ən müasir hava sistemlərini-qırıcıları, bombardmançıları və hava laynerlərini nümayiş etdirir.
Almaniya Silahlı Qüvvələrinin mətbuat xidmətinin təlimlərlə bağlı yaydığı bəyanatda da bildirilir ki, “iyunun 12-dən Almaniya səması izdihamlı və səs-küylü ola bilər: iki həftə ərzində 25 dövlət 250 təyyarə və helikopterlə müxtəlif hava əməliyyatlarına hazırlığı yoxlayacaq”.
Hərbi təlimlərə cəlb edilən texnikalardan 100-ü ABŞ-a məxsusdur. Təlimin əsas mərhələsi Almaniya səmasında keçiriləcək, Rumıniya və Baltikyanı ölkələrdə isə manevrlərin iştirakçıları gediş-gəliş əsasında missiyaları yerinə yetirəcəklər. “Bundesver”in açıqlamasında təlimin həm də “ən qısa müddətdə böyük hava birləşmələrinin köçürülməsi” xarakteri daşıdığı da bildirilib. Almaniya Hərbi Hava Qüvvələrinin komandanlığından general-leytenant Gunther Katz bildirib ki, “Air Defender 2023”də hava əməliyyatlarının demək olar ki, bütün formaları işlənəcək. Məlumata görə, təlim ssenarisi Alyansın Nizamnaməsinin 5-ci maddəsinə əsasən “Alyansın ərazisinin kollektiv müdafiəsini” simulyasiya edir.
Xəbər lenti
Hamısına baxİdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48

