Qətiyyətlə pislənməlidir...
25.07.2023 [11:42]
Y.BAYRAMOVA
Həm Danimarka, həm də İsveçdə Qurani-Kərimin yandırılması millətlər və dinlərarası təhlükələrə dəlalət edir. Bu baxımdan baş verənlər kəskin şəkildə pislənməlidir.
Bu barədə “Yeni Azərbaycan”a açıqlama verən Milli Məclisin üzvü Vüqar İskəndərov bildirib.
Deputatın sözlərinə görə, hər iki Avropa ölkəsinin bu addımı çirkin əməl kimi qınanmalı, söz azadlığı və din pərdəsi altında hər hansı radikalizm təzahürləri, islamofobiya və xristianofobiya, xüsusilə də dinlərin müqəddəs məkanları, dəyərləri və atributlarının təhqir olunması halları qətiyyətlə pislənməlidir: “Bu mövqenin beynəlxalq təşkilatların kürsüsündən, Avropa Şurası platformasından təbliği vacibdir. Qəbul edilməlidir ki, təhlükə dindən deyil, dinin siyasiləşdirilməsi, din adından siyasi məqsədlər üçün sui-istifadə olunmasından gəlir. Din və siyasət xadimlərinin sülh naminə beynəlxalq platformalarda birgə əməkdaşlığı zamanın tələbidir.
Nəzərə almaq lazımdır ki, hələ İsveçdə Quranı yandıran barbar məxluqun yanında kifayət qədər polis və jurnalist vardı. Necə ola bilər ki, bir insan belə bir hərəkət edir və həmin yerdə kifayət qədər jurnalist və polis peyda olur? Bunun çəkilib işıqlandırılması onun deməyə əsas verir ki, bu, hazırlanmış bir aksiya idi. Polisin onu qoruması və həmin ərazinin təhlükəsizliyini saxlaması dövlətin bu məsələdən xəbərdar olmasını və həmin məxluqu qoruduğunu göstərir. Bu da suallar doğurur ki, İsveçin belə hadisələrdə məqsədi nə idi? Ümumiyyətlə, bunu hansısa fərdlər və ya təşkilatlar edirdisə belə, necə olur ki, dövlətin bundan xəbəri olmur? Bunların hamısı düşündürücüdür”.
İsveçin İƏT yanında xüsusi elçi statusunun ləğv edilməsindən sonra oxşar taleyin Danimarkanı gözləyib-gözləmədiyinə gəlincə, deputat qeyd edib ki, İƏT-ə üzv olan ölkələr Danimarka ilə bağlı hər hansısa bir bəyanat qəbul edə və dövlətin bu məsələdə ciddi ölçü götürməsini tələb edə bilərlər: “Məsələn, Danimarka mallarının boykot olması kimi hallar da gündəmə gələ bilər. Lakin bunların heç biri məsələni həll etmiş olmur. Düşünürəm ki, İsveç kimi Danimarka da dövlət olaraq burada hansısa maraqlar güdür. Tutaq ki, dövlətin burada “marağı” yoxdur. Bəs dövlət nə üçün baş vermiş hadisələrə görə insanları cinayət məsuliyyətinə cəlb etmir? Onları nə üçün tənbeh etmir? Təbii ki, dövlət ictimai rəydə belə halların qarşısının alınması üçün bir çox işlərin görülməsini təmin etməlidir. Bütün bunlar olmadıqca yeni suallar meydana çıxır. Hesab edirəm ki, İslam Əməkdaşlıq Təşkilatı bu məsələyə də həssas yanaşacaq”.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

