Ona “Bahar oğlu” da deyirdilər
16.08.2023 [13:57]
Yazıçısı, dramaturq, şair, filoloq-alim, dövlət və ictimai xadim
Bu gün dövlət xadimi Şıxəli Qurbanovun doğum günüdür. O, 1925-ci il avqust ayının 16-da Bakıda qulluqçu ailəsində anadan olub.
Gənc yaşlarında Azərbaycan yazıçısı, dramaturq, şair, filoloq-alim, dövlət və ictimai xadim kimi tanınıb, filologiya elmləri doktoru, Azərbaycan Dövlət mükafatı və Üzeyir Hacıbəyov adına mükafatın laureatı olub. Bir neçə kitabı işıq üzü görüb və ədəbi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. 1958-1961-ci illərdə “Rəis məşğuldur”, “Əcəb işə düşdük”, “Özümüz bilərik”, “Olmadı elə, oldu belə”, “Sənsiz” pyeslərini, “Bahadır və Sona” librettosunu qələmə alıb.
Ona “Bahar oğlu” da deyirdilər
Şıxəli Qurbanov hər bir azərbaycanlının yaddaşında həm də Novruz bayramının dövlət səviyyəsində ilk dəfə keçirilməsinin səbəbkarı kimi qalıb. Görkəmli ziyalımızın böyük cəsarəti və şəxsi təşəbbüsü ilə ölkəmizdə ilk dəfə Novruz bayramı sovet əsarətindən azad edilib və 1967-ci il martın 21-də kütləvi el şənliyi kimi keçirilib. O zaman Azərbaycan KP MK-nın 1-ci katibi Vəli Axundov 1967-ci ildə Azərbaycanda Novruzun - Baharın gəlişinin rəsmi qeyd olunması haqda sərəncam imzalayıb. Bayramın belə səviyyədə keçirilməsi insanların şüurunda milli müstəqilliyə inam oyadıb, Azərbaycan xalqının əsarətə, haqsızlığa, zülmə qarşı etirazını, azadlıq və müstəqillik uğrunda mübarizə əzmini nümayiş etdirib. Bakıda Novruz bayramının qeyd edilməsi Orta Asiya ölkələrində də bu bayramın keçirilməsinə təkan verib.
Müəmmalı ölümü...
Azərbaycanda ilk dəfə dövlət səviyyəsində Novruz bayramının keçirilməsinə nail olsa da, sular durulmurdu. Sən demə, onun qarşısına iki şərt qoyulmuşdu. Bayramın adı “Novruz” deyil, “Bahar bayramı” olmalı, Bahar qızı isə Qar qıza bənzədilməli idi. Şərtləri qəbul etməyən Ş.Qurbanov Moskvaya çağırılır, Novruz bayramının dinlə əlaqəsinin olmadığını bildirən 22 səhifəlik izahat yazmalı olur. Şıxəli Qurbanov bir müddət təqib edilir. Bu ərəfələrdə “Sənsiz” pyesini tamaşaya qoymağa hazırlaşan ədibin son sözləri isə belə olur: “Gedirəm. Əgər gəlməsəm, “Sənsiz”ə mənsiz baxarsınız”.
Qatili dostu idi?
1967-ci ilin may ayının 24-də dişi ağrıdığı üçün dostu stomatoloq Əliağa Əhmədovun yanına gedir. Dostunun ona vurduğu iynədən sonra vəfat edir. Hadisədən sonra qəzetlər Şıxəli Qurbanovun anaflaktik şok keçirərək dünyasını dəyişdiyini tirajlayır. Həkimin isə pəncərədən qaçdığı və gizlədildiyi barədə xəbərlər yayılır. Ş. Qurbanov qəfil ölümü ilə Azərbaycanı kədərləndirir. Görülməmiş izdiham ilə Fəxri Xiyabanda dəfn edilir.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11

