Kəngərli sülaləsinin sonuncu generalı
23.08.2023 [12:00]
26 ilini hərb həyatına qurban edən Cəmşid Naxçivanski
Şahanə XANKİŞİYEVA
Bu gün hərb tarixində generalları ilə seçilən Kəngərlilər nəslinin sonuncu generalı Cəmşid Naxçivanskinin xatirə günüdür. O, sərkərdə kimi şərəfli döyüş yolu keçərək Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizələrdə göstərdiyi şücaətlərlə milli hərb sənəti tariximizə dəyərli töhfələr verib. Onun yüksək ixtisaslı hərbi kadr hazırlığı sahəsindəki zəngin fəaliyyəti bu gün də öz bəhrələrini verməyə davam edir. Cümhuriyyət Ordusunun zabiti, diviziya komandiri Cəmşid Naxçıvanski zəngin fəaliyyətində babaları Kalbalı xan, İsmayıl xan, Ehsan xan və Hüseyn xanın sərkərdəlik bacarıqlarını yüksək məharətlə davam etdirmişdi.
1895-ci ildə dünyaya göz açan general cəmi 43 il ömür sürmüşdü. Buna baxmayaraq o, 43 illik həyatının 26 ilini hərb sahəsinə həsr edib. Səbəb isə bəlli idi...
Cəmşid Naxçivanski general-mayor II Kalbalı xanın oğlu Cəfərqulu xanın ailəsində dünyaya göz açıb. O dövrün adət-ənənələrinə görə də hərbi peşəyə yalnız zadəgan övladları cəlb olunurdular. Belə əsaslandırılırdı ki, zadəgan övladlarında sadiqlik, etibarlılıq göstəriciləri yüksək idi. Cəmşid də xan nəslinin nümayəndəsi, zadəgan övladı kimi hərb elminin sirlərini öyrənir.
Generalın hərb həyatı həm məşəqqətli, həm də nəaliyyətli yollardan keçərək onun adının tarixə düşməsinə səbəb olub. Birinci Dünya müharibəsində müsəlmanlardan təşkil olunmuş süvari eskadronunun komandiri olan Cəmşid Naxçıvanski "Brusilov cəbhəsi"nin yarılmasında iştirak edir və şücaətinə görə 4-cü dərəcəli "Müqəddəs Georgi" ordeni ilə təltif olunur. Avstriya-Rumıniya cəbhəsində üç dəfə yaralanan Naxçıvanski igid süvari zabiti kimi gümüş silahla mükafatlandırılır, II, III, IV dərəcəli Anna, II dərəcəli Stanislav ordenləri ilə təltif olunur.
1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu, milli qoşun hissələri, Əlahiddə Korpusun tərkibində erməni-bolşevik hərbi birləşmələrinin Bakıdan çıxarılmasında və Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizəsində inamla döyüşür. Cəmşid Naxçivanski hərb bacarıqlarını erməni daşnaqlarının da üzərində fərasətlə sərgiləyib. Belə ki, Xankəndidə yerləşən komandiri olduğu alay 1920-ci ilin martında Qarabağda erməni daşnak qüvvələrinə qarşı keçirilən döyüş əməliyyatlarında, Qarabağda erməni quldurlarının məhv edilməsində və Əskəran qalasının azad olunmasında İkinci Qarabağ süvari alayının komandiri Cəmşid Naxçıvanski və əsgərləri əsl qəhrəmanlıq göstərdilər. Cəmşid xan öz tərcümeyi -halında yazır ki, “Bakı Kommunasının əsgərləri gedəndən sonra, şəhərə ingilislər və Sentrokaspinin qoşunları soxuldular. Mənim alayım ingilislərlə döyüşürdü, hətta o vaxt 2 şotland rotasını əsir tutdum”.
Naxçivanskinin yetişməsində tanınmış Azərbaycan generalları Səməd bəy Mehmandarov və Əlağa Şıxlinskinin rolu danılmazdır. Bu məşhur sərkərdələrin köməyi ilə Azərbaycan diviziyası Zaqafqaziya ordusunun taktiki-təlim məşqlərində birinci yeri tutmuşdu. Cəmşid Naxçıvanski 1921-ci ildən 1 iyun 1931-ci ilədək Azərbaycan milli dağ-atıcı diviziyasının komandiri olub. Bu 10 il müddətində ölkənin hərbi quruculuğuna böyük töhfələr verib.
Xan əsilli olduğu üçün Kommunist Partiyasının sıralarına qəbul edilmirdi. Daim təqibdə saxlanılan Cəmşid Naxçıvanski Moskvaya M.V.Frunze adına Hərbi Akademiyaya dinləyici kimi göndərilir. 1933-cü ildə kursu bitirdikdən sonra akademiyada müəllim saxlanılır və əsas fakültənin ikinci kursunun rəhbəri təyin edilir. 1934-cü ildə isə ümumi taktika kafedrasına rəhbər təyin edilən Cəmşid Naxçıvanskiyə 1935-ci ilin 5 dekabr tarixində kombriq - general hərbi rütbəsi verilir.
43 illik həyatı təəssüf ki, qırmızı terrora qurban gedir. Belə ki, Cəmşid Naxçıvanski guya başçılıq etdiyi "casus təxribat dəstəsi" ilə mühacirətdə olan qardaşları Davud xan və Kalbalı xanla sıx əlaqə saxlamaqda təqsirləndirilərək repressiyaya məruz qalır. Sənədlərdən məlum olur ki, general-mayor Cəmşid xan Naxçıvanskini 52 gün mühakimə edib, ona ağlagəlməz işgəncələr veriblər. Keçmiş SSRİ Siyasi İdarəsinin Lefortovo həbsxanasında Cəmşid xan Naxçıvanski işgəncələrə qəhrəmanlıqla sinə gərib. Sovet hökuməti onunla çox ədalətsiz davranmış, Rusiya ordusunda əvəzsiz xidmətləri olan general 26 avqust 1938-ci ildə qapalı hərbi məhkəmənin qərarı ilə güllələnib. O, Moskva yaxınlığındakı “Kommunarka” adlanan meşə massivində kütləvi qəbiristanlıqda dəfn edilir. Yaşadığı dövrün totalitar rejim qayda-qanunları istedadlı sərkərdə, general Cəmşid Naxçıvanskinin ömrünü yarıda qoydu.
General Naxçivanski Azərbaycan Sovet Sosialist Respublikası və Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası Mərkəzi İcraiyyə Komitələrinin üzvü idi. Qırmızı bayraq, Qırmızı Əmək Bayrağı, Qırmızı Ulduz ordenləri ilə təltif edilib.
Onun haqqında Azərbaycanda, o cümlədən keçmiş Sovet İttifaqında, əsasən, keçən əsrin yetmişinci illərindən sonra məqalələr yazılıb. 1969-cu ilin 14 iyulunda Azərbaycanın rəhbəri seçilən ulu öndər Heydər Əliyevin ilk günlərdə Cəmşid Naxçıvanskinin adının unudulmaması üçün atdığı qəti, ciddi addımlar nəticəsində qəhrəman sərkərdə haqqında elmi və elmi-publisistik məqalələr işıq üzü görməyə başladı. Cəmşid Naxçıvanskiyə aid ilk qəzet yazısı 7 yanvar 1971-ci ildə “Azərbaycan gəncləri” qəzetində oxuculara təqdim olundu.
24 noyabr 1997-ci ildə isə Bakıda fəaliyyət göstərən hərbi liseyə Cəmşid Naxçıvanskin adı verildi.
Milli hərb tariximizin fəxri olan Cəmşid Naxçıvanskinin həyatı, igidliyi gəncliyimiz üçün əsl nümunədir.
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
21 Sentyabr 18:27

Xəbər lenti
21 Sentyabr 17:22

Xəbər lenti
21 Sentyabr 16:29

Xəbər lenti
21 Sentyabr 16:26

Siyasət
21 Sentyabr 16:00

Xəbər lenti
21 Sentyabr 15:57

Xəbər lenti
21 Sentyabr 15:29

Siyasət
21 Sentyabr 15:04

Xəbər lenti
21 Sentyabr 14:48

Xəbər lenti
21 Sentyabr 14:11

Siyasət
21 Sentyabr 13:41

Xəbər lenti
21 Sentyabr 13:36

Xəbər lenti
21 Sentyabr 13:24

Xəbər lenti
21 Sentyabr 12:36

Xəbər lenti
21 Sentyabr 12:34

Xəbər lenti
21 Sentyabr 12:32

Xəbər lenti
21 Sentyabr 12:27

Xəbər lenti
21 Sentyabr 12:21

Xəbər lenti
21 Sentyabr 11:46

Xəbər lenti
21 Sentyabr 11:45

Xəbər lenti
21 Sentyabr 11:40

Xəbər lenti
21 Sentyabr 11:40

İqtisadiyyat
21 Sentyabr 11:40

MEDİA
21 Sentyabr 11:35

Analitik
21 Sentyabr 11:33

Xəbər lenti
21 Sentyabr 11:30

Xəbər lenti
21 Sentyabr 11:22

Xəbər lenti
21 Sentyabr 11:20

Siyasət
21 Sentyabr 11:15

Gündəm
21 Sentyabr 11:14

Xarici siyasət
21 Sentyabr 11:12

Siyasət
21 Sentyabr 11:10

Xəbər lenti
21 Sentyabr 11:07

Xəbər lenti
21 Sentyabr 11:00

Xəbər lenti
21 Sentyabr 10:50

Xəbər lenti
21 Sentyabr 10:42

Siyasət
21 Sentyabr 10:36

Xəbər lenti
21 Sentyabr 10:32

Siyasət
21 Sentyabr 10:30

Siyasət
21 Sentyabr 10:22

Siyasət
21 Sentyabr 10:12

Siyasət
21 Sentyabr 10:01

Xəbər lenti
21 Sentyabr 09:44

Xəbər lenti
21 Sentyabr 09:42

Siyasət
20 Sentyabr 23:52

Xəbər lenti
20 Sentyabr 22:42

Xəbər lenti
20 Sentyabr 21:55

Xəbər lenti
20 Sentyabr 21:01

Siyasət
20 Sentyabr 20:56

Siyasət
20 Sentyabr 20:54

Xəbər lenti
20 Sentyabr 20:52

Xəbər lenti
20 Sentyabr 20:49

Xəbər lenti
20 Sentyabr 20:47

Xəbər lenti
20 Sentyabr 20:43

Xəbər lenti
20 Sentyabr 20:41

Gündəm
20 Sentyabr 20:39

Siyasət
20 Sentyabr 20:37

Gündəm
20 Sentyabr 20:33

Xəbər lenti
20 Sentyabr 20:29

Xəbər lenti
20 Sentyabr 20:27

Xəbər lenti
20 Sentyabr 19:35

Xəbər lenti
20 Sentyabr 19:04

Xəbər lenti
20 Sentyabr 18:57

Xəbər lenti
20 Sentyabr 18:25

Xəbər lenti
20 Sentyabr 17:38

Xəbər lenti
20 Sentyabr 17:30

Xəbər lenti
20 Sentyabr 17:27

Dünya
20 Sentyabr 17:02

Xəbər lenti
20 Sentyabr 16:30

Xəbər lenti
20 Sentyabr 15:52
